...Biz niyə bu qədər bədbinliyə meyl edirik:

Azərbaycanın NATO nun ən güclü ikinci ordusu olan Türkiyə, nüvə silahina malik, hər cür dəstəyi göstərən Pakistan kimi iki güclü qardaş münasibətli dayağı var. Silah bazarında ən yaxşı çəkisi olan, bizdən başqa əks tərəf silah satmayan İsrail kimi inanılır dostu var.
Biz niyə bədbiniyə
bu qədər meyilliyik
Bu ölkə
ikinci dəfə müstəqil olandan ən böyük dərdi
olan Qarabağ savaşını qələbə ilə başa çatdırdı. Özü də qürurverici qələbə ilə. Alnımızın
ləkəsi igidlərimizin sayəsində silindi. Müharibə bitdi. Ən çətinini geridə qoyduq.
Asan da olmadı bu qalibiyyət bizə, neçə-neçə
igidimiz gənc ömrünü vətən var olsun deyə qurban verdi. Bu əlbəttə, bizi dərindən
sarsıtdı. Amma İndi etməli olduğumuz ən mühüm məsələ müharibə sonrası davranışlarımız
olmalıdır.
Cəmiyyətin ümumi əhval-ruhiyyəsinə,
ruh halına baxsaq, məni bir neçə məqam çox ciddi narahat edir. Sülh imzalanan
gündən, sanki, ordusunun qələbəsinə inanaraq, son qəpiyini onlara bağışlayan
xalqın beyninə bir neqativ dalğa buraxılıb. Hər nə olursa olsun, ilk olaraq bir
gətirməzlik axtarılır baş verən bütün hadisələrdə. Doğrudur, hər kəs narahat
olur, olduqca həssas məqamlardır bu ərəfələr, amma bu o demək deyil ki, həmin
andaca biz “vəssalam” deyək.
...Biz niyə bu qədər bədbinliyə meyl edirik:
Bu gün
şanlı ordumuz düz otuz il bundan əvvəl bizim torpaqlarımızın iyirmi faizini
işğal etmış, faktiki olaraq qalib gəlmiş(müvəqqəti də olsa) bir ölkəni, onu
ordusunu, yarıpeşkəş, yarı pulla alınmış silah arsenalını demək olar ki məhv
edib, iqtisadiyyatını iflic vəziyyətinə salıb. Əsrlərdir işğalçılıq siyasəti
yürdən, dünyanın ən hegemon dövləti olan, düşmənə hər cür dəstəyini göstərən havadarını
çıxılmaz, pərt vəziyyətində qoyub.
Biz nəyə görə hansı səbəb görə ruh
düşkünlüyü, pessimist səmtə yön almalıyıq. Bu ordunun əsgəri şir ürəkli
olduğunu sübut etdi. Ordunun istifadəsində ən müasir texnologiyalı həm yerli həm
də qabaqcıl dünya ölkələrinin istehsalı olan silahları var və alınmaqdadır da. Bu
ölkınin hər qarışı bir yumruq oldu “sən”, “mən” demədən “biz” oldu.
Azərbaycanın NATO nun ən güclü ikinci ordusu
olan Türkiyə, nüvə silahina malik, hər cür dəstəyi göstərən Pakistan kimi iki
güclü qardaş münasibətli dayağı var. Silah bazarında ən yaxşı çəkisi olan, bizdən
başqa əks tərəf silah satmayan İsrail kimi inanılır dostu var.
Bütün bu səbəbələri müqayisə etsək bizim
xofumuz bir qədər, daha doğrusu əməlli başlı əssasız deyil mi?. Təlaşı mən də anlayıram (it
çomaq məsləlsi), amma mənim orduma, əsgərimə inamın daha güclüdür.