Bu həyatda özün olmaq qədər çətin heç nə yoxdur.

İntuisiyanız yanıltmır sizi, intuisiyanızı yanıltmaq istəyən hissləriniz yanıldır sizi.
Bəzən istədiyimiz şərtlər olmadığından, bəzən də istəmədiyimiz şərtlər olduğundan üzülərik.
Bu həyatda özün
olmaq qədər çətin heç nə yoxdur.
İntuisiyanız yanıltmır sizi,
intuisiyanızı yanıltmaq istəyən hissləriniz yanıldır sizi. bizim qəlbimizin səsi
bizi heç zaman yanıltmayıb.
Qəlb səsi vulkan kimidir. Kənardan
sadəcə zəif tüstüsü görünər, yaxından alov-alov qaynayar. Hər adam da buna
yaxın dura bilməz.
Özündən uzaqlaşan insan həyatında
heç bir işarəti sezə bilməz.
Bu əslində, çox dərin, dəqiq,
son nöqtəyə gəlinə biləcək bir mövzu deyil. Səmanın sonu nədirsə, qəlbinki də
odur
Özünə güvənən insan hisslərinə
də güvənir.
Bəzən istədiyimiz şərtlər
olmadığından, bəzən də istəmədiyimiz şərtlər olduğundan üzülərik.
İnsanları məmnun etmək necə də
çətindi, özünü məmnun etmək isə nə qədər asan. Axmaq olmayaq bu qədər.
Ürəyimizin zəhəri göz yaşlarımız
şəklində xaric olunar.
İnsanlara minnətdar olmalısan,
borclu yox.
Bu həyata gəlmək üçün kimsəyə borclu
deyilsən, amma bu həyatda var olduğun üçün kiməsə borclusan (valideyinlərin).
İnsanı öldürməyən dərdləri onu
daha da qüvvətli edər.
Var olduğun müddətcə şansın
var. Düzdür, bu samanlıqda iynə axtarmaq kimidir, amma sən ən azı bilirsən ki,
orada iynə dəqiq var.
Bəzi insanlar özlərini heç
tanımazlar, qaçarlar özlərindən. Bu zaman etdikləri hərəkətlər, verdikləri qərarlar
sağlam deyildir (N,İşler).
Özünə cəsarətlə yaxınlaşdıqdan
sonra qərarlarının nəticəsi faydalı, addimların dəyanətli olar. Gözəl başlanğıc
da bundan sonra başlayar.
Başlanğıclar cəsarətlə bərqərar
olar, inamla irəlləyər, əziyyətlə çiçəklənər, qürurla tamamlanar.
Səhvlərini qəbul etməzsən, ömrü
boyü səndələyərsən
Özünü görə bilmək üçün səhvlərini
qəbul etməlisən
Özünü sevməyənin şəxsiyyəti
kiminsə köləsi olar.
Sən sənə faydalı olan, nəyi
heçə sayarsan , onun qarşısında heç olarsan.
Nədə inadkarlıq edərsən, əziyyət
çəkərsən o sənə xeyirli olar
Səni ruhdan salan birnin
yanında axirətədək lal olacaqsan
Sənə paxıllıq edənin yanında
heç nə edə bilməyən kor olacaqsan
Səni əzən insanlar yanında
kölgəyə çəkilərək, hər saniyəni özünə sərf edib güclənəcəksən.
İnsan sirr saxlaya bildikcə
güclü olur, onun ağırlığı sənə zarafat gəlməsin.
Susqunluq qədər qulaqbatıran bağırtı
ağlına gətirə bilməzsən, inan mənə.
Səni sevən insanlardan qaçma.
Onları necə var eleə qəbul et. Bunun nə qədər doğru olduğunu bir dönəm sonra
özün görəcəksən
Heç vaxt inancını və mərhəmət
hissini itirmə
İlahi, sən mənə səni unudacaq
qədər sərvət, sənə qarşı gələcək qədər dərd verme...