SEVGİ

Xoşbəxtsən mi?
Bu yazını oxuyan neçə adamın xatirəsi, xəyalı çəkilir keçmişinə...
Bu həyatda ən çətini də elə budur!

               Sevgi...

Bəşər var olandan, əlləri qələm tutub yazandan bu hiss vəsf edilir. Məhz bu hissin sayəsində insan hissinin gücüylə Cənnəti  canlandırılır. Xəyalən fikri kainatlar aşır, dolaşır. Özü kimi bir varlığa olan hissi beynində açmadığı, aşmadığı əngəllər, sərhədlər qoymur.

Onun sözləri, baxışları sənin beynində bir başqa cürə şəkillənir, onlar unudulsa da sədası unudulmur. Onu sənə xatırladan nə varsa, hamısı zamana meydan oxuyur.

 Deyirlər insan bir dəfədən artıq sevə, aşiq ola bilər. Təbii ki bu yalandır. İnsan yalnız bircə dəfə aşıq ola bilər. Ondan sonrakılar ya bu hissin imitasıyası, ya da digər hisslərin ortaya çıxardığı hissi davranış ola bilər. Əsl sevgi yeni doğulmuş körpə qədər saf və təmiz olur (əlbətt, bunu yaşayanlar təsdiqləyər). Yel dəyməsinə qıymazsan. Sevə bildikcə svərsən. Ruhuyla danışarsan, nəfəsiylə dərdləşərsən. Bu belə sənə yetər.

 Yuxarıda deyildiyi kimi körpə uşaq kövrək, dözümsüz, təkbaşına məhvə məhkum olduğu kimi, sevgi də tək tərəfli olanda yaşaya bilmir. Bir insanın sənin yanında olması ilə, səninlə olması fərqli-fərqli anlayışdır. “sevirəm” demək hələ sevmək demək deyil. Sevgi ilk öncə cəsarət istəyir. Bəlli ki, hər insanda da bu ola bilməz. Sadəcə lal hisslər yetərli olmur. O, əməkdən əziyyətdən cəfadan qidalanaraq səfə bəxş edir insana.

Bele bir deyim var “ dünyanın sonudur, hərə öz sevdiyinin yanında dayansın deyilsə, nə qədər cütlüklərin yeri dəyişər” bu fikri çox sevirəm. əslində bu cümlə biz insanların nə qədər aciz olduğunun dəlildir. Ömrünün bir dönəmi zəiflik edib, həyatında malik olacağın ən gözəl hissi qurban vermek. Bu nə deməkdir..

 Bu gün hər kəs özünü idarə edəcək ağlı və qazandığı bir çox uğuru, qazancı var. Bəs yaxşı xoşbəxtliyi necə var mi?

 Xoşbəxtsən mi?

Bu yazını oxuyan neçə adamın xatirəsi, xəyalı çəkilir keçmişinə...

Bu həyatda ən çətini də elə budur!

Onu mahnılarda şerlərdə, filmlərdə xatırlamaq...

 

Sevgi qətl ediləndə adına “EŞQ” deyilir...

Tags