Duyğu Sömürüsü

İlk öncə “YOX” deməyi bacarmalısan
Türklərdə bir
gözəl ifadə var “duyğu somurusu” bu ifadə insanlara istənilən sui-istifadəni,
pisliyi edib, daha sonra onların hisslərindən istifadə edərək, monipulyasiya edən
insancıqlara deyilir. Bunlar o qədər irəli gediblər ki, hətta sənin xəyaılını,
istək və arzularını yaşamağa cəhd etmək istəyən bele vardır. Sırf “mən sənin
yaxşılığını istəyirəm” deyərək.
Bu çəx təhlükəli
və hər kəsn görə bilməyəci bir zəhərdir. Dillərdən axıb ömrümüzü, hissələrimizi
zəhrləyər. Nə qədər acı olsa, da bunu bizə ən yaxınlarımız və yaxına gəlməsinə
icazə verdiklərimiz edər, çünki bir insan səni sən icazə verdiyin qədər incidə bilər(bəzən bura sevgini belə əlavə
edirlər , lakin buna aid müşahidə və təcrübəm olmadığı üçün hələ bir söz belə
yaza bilmərəm).
Bu “duyğu
sümürüləri” özlərini o qədər yaxın göstərər ki, sən belə özünü günahkar
sayarsan, onları deyil. Nə qədər çətin olsa da bu misalı verecəm. Əgər bir
övlad həyatına dair hər hansı qərarı vermək istəyirsə, valideyinlərdən hər
ikisi və ya biri “mən səndən daha yaxşı bilirirəm, mən sənin yaxşılığını istəyirəm,
mənim xatirimə, əgər elə edərsən, mən adda valideyinin yoxdur, Haqqımı hala etmərəm”. Buradan belə bir ifadə
alınır axı sən də onun haqqını yeyirsən bunu o övlada qadağan etməklə.Və ya ən
yaxın dostunuz, yoldaşınız artıq bir dəfə etdiyiniz yaxşılıqdan qidalanaraq
bunu üzsüzcəsinə sizdən iki, üç və daha çox dəfə “mənim xatirimə, nə olar” kimi
ifadələrlə etdirməsi. Həmçinin sevdiyiniz şəxsin en ox yayilmiş “əgər sevsəydin”
lə başlayan və sonu heç də xeyirli olmayan sonluqla bitirdiyi cümlələr dözülməzdir.
vəs.vəs bu kimi insanı bütün hüceyrələrinə kimi iflic edən cümlərə quraraq adamın
nəfəs alma həvəsini belə sıfırlayarlar.
Bes bunun üçün nə etmək lazımdır. İlk öncə “YOX”
deməyi bacarmalısan, ya da onu aydınca başa salmalısan ki, sən mənim mərhəmət
hissimdən sui istifadə edə bilməzsən buna haqqın yoxdur. Əlbəttə, bu heç də
asan olmayan bir addımdır. Amma o insanlar sizin həyatınızı düşüməndən daraldır,
çünki onu bir parazit olaraq düşünün özünə yer etdikcə bütün həyat səbəbinizi əlinizdən
alır get-gedə yeriniz daralır. Geriyə nə qalır...Ona görə Bunun başqa yolu
yoxdur. Ya deyəcəksən, ya duyğu parazitləri tərfindən hisslərinin sümrülməsinə
yardımçı olacaqsan. Ətrafımıza açıq başla basaq yarıdan çoxu bu qrupa aid olan
insanlardır. Bizim duyğularımız somrula, istifadə oluna bilməz. Bunu hər kəsə
izah etmək lazımdır.
P,S Amerikad kafedə
oturan qadın təsadüfən özünə tam oxşayan bir qadın görür. Başlayır onu izləməyə.
Baxır gözəl maşını , evi, ailəsi var, hansı ki, bu illər boyu arzusunda olub. Düz bir il bu qadinin bütün həyatini izləyib
öyrənir . və nəhayət onu qətlə yetirərərək , onun yerinə keçməyə qərar verir. Nəz az nə çox düz doqquz il onun bütün həyatini
yaşayır. Hadisənin üstü isə təsadüfən – həmin xaımın övladına testi verməsiylə açılır...