Bu postda phpdə task/məsələ həll etməyi xoşlayanlar üçün bir neçə task var

1. Xoşbəxt biletlər

6 rəqəmli xoşbəxt biletləri ekranda göstərin. Xoşbəxt bilet o biletdir ki - biletin ilk 3 rəqəminin cəmi sonrakı 3 rəqəminin cəminə bərabərdir. (6 rəqəmli bilet). Bu cür biletlərin sayının nə qədər olduğunu və onların ümumi bilet sayının neçə faizini təşkil etdiyini hesablayın.

Nümunə bilet: 123015 - xoşbəxt bilet sayılır. Cünki:  1+2+3 = 0+1+5

2. Qiymətin artırılması

Daxilində rəqəm yazılmış mətn verilib. Mətn daxilindəki rəqəmləri tapıb onları 10% artırın. Mətni yeni rəqəmlərlə yenidən göstərin.

Nümunə mətn: "mətn 10$ mətn". Dəyişdikdən sonra: "mətn 11$ mətn"

3. Stringi massivə çevirmək.

Sizə bir string verilir. Məsələn:  "123456789", Onu massivə elə çevirin ki, nəticə bu formada olsun: array('1', '23', '456', '7890') və bu formada string bitənə qədər davam etsin.


Cavablarınızı komentdə yaza bilərsiniz.

Tags