Verdimsə, verdim

Kitabları zibilliyə atmaq istəyən dostumnan bunları saxlamasını istədim. Şəkildə 4 kitabdır. Kitablar çox səliqəlidir, çap olunub ancaq oxunmamış kitablardır.
Bu kitabların arasında 2dənə kitab vardıki, onların içində bəzi qeydlər vardı... Qeydli olan kitabları...

Kitabları zibilliyə atmaq istəyən dostumnan bunları saxlamasını istədim. Şəkildə 4 kitabdır. Kitablar çox səliqəlidir, çap olunub ancaq oxunmamış kitablardır.

Bu kitabların arasında 2dənə kitab vardıki, onların içində bəzi qeydlər vardı... Qeydli olan kitabları bu təzə çap olunan kitablarla biryerdə facebook-a qoydum. Qeydli kitabları pulsuz verə bilərəm. Qeyd olmayan kitabları maya dəyərinnən aşağı qiymətə qoydumki, təkrar çapa pul verməsinlər. həm də çap edəcəyin yerə ən az iki dəfə getməli olursan və s.. 


Qeydli olan kitabları bir dost istədi, apardım verdim ona. Digər kitabları istəyən varmı? yoox :) 

Kitaba verilən pul itmir deyə bir sözü xatırlayırdım... Kitabları atacaq dostumnan soruşdumki, bu kitabları pulsuz kiməsə vermək istəyirəm. Düşündümki, o kitabların çapına mən pul verməmişəmsə də, o kitabların evdə qalıb tozlanmağınnansa, başqalarına faydası olsun. facebookda köhnələn post-u tapıb sildim. Yeni post hazırladım. Kitabları istəyənə pulsuz verəcəyimi dedim. axşamnan səhərə mesaj istəklərinin sayını xatırlamıram. Oxuma aclığını mən o zaman gördüm....


Neçə gün əvvəl mayasınnan aşağı satışa qoyduğum kitabları, bugün N nəfər pulsuz istəyirmiş. Pulsuz istəyirdiz deyərdiz, evdə 10-15gün boşuna saxlamazdımdaa... Kitablara 30% endirim edə bilərsiz? soruşan belə olmadı... Kompüter dövrü belə-elə)) heç kitabların elektronu haqda soruşan olmadı... (Ciddən işimiz çox....) İnternetdən tapa bilərikdəəə.. deyən adamlar! burdasız? Əlbəttə tapa bilərsiz...


Bu qədər yazını yazmadimki, vaxtımı və vaxtıvızı boşa verim... allitebooks.com saytı var. Biraz o saytda "eşələnin"....

Tags