Ailə adlı behişt, 2-ci yazı

Ailədəki səmimi atmosferi yaradan amillərdən biri ailədə kişi və qadının salamlaşmasıdır

Salamlaşmaq müsəlmanlar arasında olan kin və küdurəti aradan qaldırır, mehr, məhəbbət və səmimiyyət yaradır. Odur ki, ailə mühitində mehribanlığın, məhəbbətin və səmimiyyətin yaranmasını istəyənlər bu məsləyə daha çox riayət etməlidirlər. Kişi evə gələrkən həyat yoldaşına və yaxud səhər yuxudan qalxan zaman hər ikisi bir-birinə salam versinlər. Yaxşı olar ki, ailə mühitində qadın və kişi bir-birinə salam verməkdə qabağa düşməyə çalışsınlar. Həmçinin salam uca səslə və aydın şəkildə verilməlidir, asta və gizlin formada yox.

Qeyd edək ki, islam dininə görə salam vermək müstəhəb, salamı almaq isə vacibdir. Həmçinin salam verən şəxsə 69 savab, salamı alana isə 1 savab yazılır.

Ümidvarıq ki, izləyicilərimiz islamın bu göstərişini yüngül hesab etməyib, ailədə daha çox icra etməyə çalışacaqlar

Tags