Bu dərsdə: İslamın siyasi məsələlərlə bağlı fikirləri nədir?

“Hüquq Risaləsi”

Bəhs (5)


Onun adı ilə..

Ötən dərsdə siyasət, dinin siyasətlə olan əlaqəsi və dinin siyasətdən ayrı olub olmamağı barədə danışdıq. Qeyd etdik ki, insanı səadətə çatdırmaq istəyən dinin onun həyatına təsir qoyan ən böyük amillərdən hesab olunan siyasi mövzularla bağlı da fikir və nəzəriyyəsinin olması şərtdir. Digər tərəfdən isə, dini ən yaxşı tanıyan və qanunların icrası üçün ən münasib şəxslər məhz peyğəmbərlərdir. Elə bu səbəbdən, hər dövrün peyğəmbəri həmin dövrün həm də siyasətçisi idi. İstisnasız olaraq bütün peyğəmbərlərin hədəfi tağut rejimlərin aradan getməsi və İlahi hakimiyyətin bərpası olmuşdur. Çünki insanların səadətə çatması bundan başqa yolla mümkün deyildir.

İnsanların səadətə çatma hədəfi Qiyamətə qədər davam edəcəkdir və şiə əqidəmisinə görə, peyğəmbərlərdən sonra bu hədəfi reallaşdırmaq üçün ən layiqli şəxslər məhz imamlardır (ə). İmamlar peyğəmbərə (s) ən çox oxşayanlar hesab olunurlar və Allahın əmri ilə islam Peyğəmbəri (s) tərəfindən bu missiaya layiq görülüblər. Yəni islam Peyğəmbərindən (s) sonra insaların dini, dolayısıyla siyasi lideri məsum imamlar (ə) hesab olunurlar.

Bəs birdən müəyyən səbəblərə görə, məsum imam da qeybə çəkildi, bu tətil olunmayan missia kimin öhdəsinə düşməlidir? Əqidəmizə görə, bu cür şəraitdə yenə də əlimizdə olan meyarlarla ölçməliyik. Yəni, İmama (ə) ən çox bənzəyən və bu missianı müvəqqəti də olsa öz üzərinə götürüb, insanları bir həddə nura çatdıran və ya ən azı zülmətə düçar olmalarına maneəçilik törədən kim ola bilər? Həm ağıl, həm də hədislər bu şəxsin “fəqih”in olduğunu bəyan edir.

Bu, islamın siyasi məsələlərlə və siyasi liderlə bağlı fikirlərinin qısa bəyanı idi.

Demək, İmamın (ə) “Sənin rəhbərlərinin sənə olan haqqı üç haqqdır: Onlardan, sənin boynundakı ən vacib haqqı o kəsin haqqıdır ki, sənə siyasi cəhətdən rəhbərliyi və himayəti var. Sənin işlərinin sahmana düşməsi onun əlindədir” ifadəsini oxuduğum uz zaman, deyilən bu məsələləri də nəzərə almaq və qeyd olunan şəxslərə qarşı da vəzifələrimizi öyrənməliyik.


Ruhullah Novruzzadə

R.Novruzzada@gmail.com

Tags