İşğal


Bəzən fikirləşirsən ki, niyə bizim cəmiyyət inkişaf prosesində çox zəifdir. Yəqin deyəcəksiz ki, xeyir biz inkışaf etmişik. Ola bilər amma, bəzi işlərdə inkişaf etmişik, çox işlərdə də geri qalmışıq.

Bəzən fikirləşirsən ki, niyə bizim cəmiyyət inkişaf prosesində çox zəifdir. Yəqin deyəcəksiz ki, xeyir biz inkışaf etmişik. Ola bilər amma, bəzi işlərdə inkişaf etmişik, çox işlərdə də geri qalmışıq. Məsələn: bizdə əgər bir nəfər evlənmək istəyirsə, mütləq qohum- əqrabanın nəzərinə görə, xonça bağlayıb, qız evinə getməlidir. Hələ mən bayramlarda qiz evinə hədiyyələr göndərməyi demirəm. Sonra oğlan istəyir ki, toy eləsin. Həmin vaxt O, öz dostlarini, evlənəcəyi qızda istəyir ki, öz rəfiqələrini toya çağırsın. Hə elə bu zaman müharibə başlayır, siyahıya bilmirlər kimlərin adların yazsınlar. Oğlanın atası deyir ki, iş yoldaşlarım toya gələcək, çünki hörmətli adamlardır, həm də toya yaxşı pul yazdıracaqlar. Anası dillənir ki, bəs mənim adamlarım, hələ rəfiqələrimi demirəm. Burda hələ qız evindən danışmıram. Oğlanda baxır nə etsin, iki və yaxud bundan çox yer var, daha heç nə deyə bilmir. Axı məcburdur toyu atası eləyir. Əgər həmin oğlan atasına belə desəydi ki, xeyr ay ata, mən öz toyuma, öz adamlarımı çağıracam, həmin vaxt , burda da həmin oğlanı böyüklərə söz deməkdə qınayacaqdılar. Çünki evin kişisi gedib bankdan pul götürüb ki, oğlunun toyun etsin. Ola bilər ki, evin kişisi oğluna deyə bilər ki, get toyunu özün elə. Belə yerdə də həmin gənc məcburdur, işğal altında qalsın. Çünki həmişə ailədən aslı qalib. Deyək toy oldu, gənclər evləndi. Sonra hamı gözləyir, uşaq olsun. Uşaq nə oldu ? ay bala deyənlərin sayi çoxalır. İmkan vermirlər qohum-əqraba ki, bu iki gənc öz həyatlarını özləri düşünsünlər. Hamı bir səslə uşaq olsun, əgər uşaq olmasa deməli problemləri var. Deyək uşaqda oldu və həmin zaman yeni müharibə olacaq. İndi də deyəcəklər, uşağın adın gərək biz qoyaq. Sankı qohum-əqraba SSSR- dir, evlənən gənclər isə Azərbaycandır. Yazmaqla qurtarmaq olmaz bu işləri, amma yazımız hələ davam edir. Hə bu gənc evləndi, mütləq gərək işləyə, harda ? İndi bu hardanıda yazaq. Pul yığılib toydan, ya pul banka qayıtmalıdır, ya da evin kişisinin cibinə getməlidir. Vay o gündən ki, toyda pul az yığıla, burda da böyük qalmaqal var, onuda özünüz fikirləşın. Hə harda qaldim, orda qaldım ki, gənc harda işləyə? Tez pul tapıb, onu yaxşı yerə işə düzəldirlər, yoxsa evə pul gətirən olmayacaq. Yenə müstəqillik yoxdur, yenə SSSR adəti, oğlan bizə işləməlidir. Çünki biz onu işə qoymuşuq. Həmin gəncdə əgər ağlı olmasa, girəcək millətin cibinə. Millətin cibindən keçəcək dövlətin cibinə. Evdə qorxaq olsada, öz adamlarından qorxsada, amma millətin yanında vəzifəsi var axı, gərək hamiya qan uddura. Bizim millətdə fağır millətdir, axı SSSR-ni görüb, bundan qorxacaq. İndi keçək əsas məsələyə, dünyada yeganə bizim dövlətdir ki, kimə vəzifə verirsən, özünü ağa bilir, özünü hər kəsdən yuxarı bilir. Halbuki əsilində vəzifə, O, adama verilir ki, O, millətinin xidmətçisi olsun. Bundan da əlavə ona verilən maaşdan ayrı, heç kimin əlinə baxmasın və cibin kəsməsin. Amma bizdə tərsinədir. Vəzifəyə gələn kimi hami qorxudan buna hormət edir, həmin qorxanlardan soruşursan ki, kimdir bu ? Elə o qorxanlar, quyruq bulayanlar, yaltaqlar deyir: A kişi, məgər tanımırsan? bilmirsən kimdir bu? Filankəs müəllimdir bu. Amma dərinə getsən, baxirsan heç kimdir O. Lakin ata hesabına vəzifəsi var. Əgər onu bu vəzifədən götürüb atsan bayıra, küçədə dilənçidən başqa heç kimdir O. Çünki əvvəldən onun müstəqil fikiri olmayıb. Atam, anam, qohum-əqrabam nə deyər prinsipi ilə yaşayıb. Elə bilməyin yaşayıb, deyərdim sürünüb. Sadəcə bizdə var ata hesabina kişı olmaq. Heç bir ölkədə belə bir şey yoxdur. Bu geriqalmışlıq, SSSR- dən keçib bizim boğazımıza. Təəsüflər olsun ki, müstəqil dövlət qursaq da, fikirlərimiz müstəqil olmayıb.

20.08.2019

Tags