Blogunuzu yerli blog platforması - blogger.az -da yaradın

Bildiyimiz kimi, bugün demək olar bütün bloggerlər blog əldə etmək üçün blogspot.com, wordpress.org, wix.com kimi onlayn blog saytlarına üz tuturlar. Onların xidmətlərindən istifadə edib öz bloqlarını istifadəyə verirlər.

Lakin bu günlərdə ölkəmizdə yeni onlayn blogger saytı - blogger.az istifadəyə verilib. İstənilən sahədə olan bloggerlər (adi, foto, video, moda, səyahət, gözəllik, geymer, təhsil və s.) blogger.az-a qoşularaq ödənişsiz olaraq istədikləri adda bloq saytı əldə edə bilərlər. Onların yazdıqları bloqlar həm onların şəxsi bloq saytlarında həm də blogger.az saytında təqdim olunacaq. Blogger.az ölkəmizdə bu xidməti təşkil edən ilk onlayn bloq saytıdır.

İstifadəçilər blogger.az - da nəinki yerli bloqları oxuya, həm də son xəbər və vakansiyalardan xəbərdar ola bilərlər.

Həmçinin bütün bloggerlərə ödənişli əsasla şəxsi domenlərini də blogger.az-dakı saytlarına qoşmağa imkan verilir və hətta reklamlardan gəlir qazanmağa şərait yaradılır .

Əgər siz də bloggersinizsə və ya blogger olmaq istəyirsinizsə, o zaman elə indi blogger.az saytına qoşulun: Buradan qeyd olun

Tags