şer

Qürrələnmək və öyünmək hər bir kəsin haqqıdır. Qələmimizə birdə belə tuş gələnləri oldu.



Namərd minib mərd atına ,

Sürər qürrəli-qürrəli.

Kim ki, bələddir zatına,

Gülər qürrəli-qürrəli.


 Başının üstə dam görüb,

Gecə yananda şam görüb,

İtdə bir yad adam görüb,

Hürər qürrəli-qürrəli.

 


Tez silib alın tərini,

Gizlədibdi dər-sərini,

Zaman ömür dəftərini,

Dürər qürrəli -qürrəli.


 Düşmən edib pərən deyir,

Hamı ona ərən deyir,

Sinə gərib Vətən deyir,

Ölər qürrəli-qürrəli.


 Öz payın götürüb hərə,

Durub baxar kimsə verə,

Yetim payın özgələrə,

Bölər qürrəli- qürrəli.

 

Yox ehtiyac halın soruş,

Bəllidir imkanlı duruş,

Dilənçiyə qəpik quruş,

Verər qürrəli-qürrəli.




Tags