şer

Hər insanın əhatəsində dost qiyafəsinə girmiş bədxah və naqislər olmuşdur ki, maskaları düşdükdə bütün iyrənclikləri üzə çıxmış və bu ləkə ilə mənəvi qəbiristanlığa gömülüb getmişlər.


Bədbəxtliyə göz yummuşa qəflət yuxusundan,
Durmaq nə gərək bərk yatacaqdır çoxusundan.

Bədbəxtdir o kəs qəlbinə xoflar cığır açmış,
Namərdə yalağ mərdə kələklərlə dolaşmış.

Gördünsə əgər bir dənə arsız və utanmaz,
İrsəndi əlamətləri çün nəslini danmaz.

Gülmüş sənə üzdən deyərək can ilə qardaş,
Arxanca edən qeybəti ay qeyrəti qar –daş.

Sən min ləkə yax mərdə yapışmaz, şərə düşməz,
Mərd öhdəsi mərdin payıdır, peysərə düşməz.

Ar eyləməyən süfrəsinin duz çörəyindən,
Fürsət eliyibkən vuracaq düz kürəyindən.

Tags