şer (Kaşki)

bəzən getmə deyə bilmədiyin halda ruhən onunla gedib, cismən yalnız qalmaqdır AYRILIQ

Mən getmə desəmdə, sən gedəcəksən,

Barı bircə dəfə sözümü dinlə.

Bilirəm ki, bir gün tərk edəcəksən,

İstəsən gələrəm məndə səninlə.

 

Mən səninlə birgə lap o başına,

Gedərəm dünyanın, of da demərəm.

O gülər üzünə, qələm qaşına,

Qəm kədər qonmasın, heç istəmərəm.

 

Kaşki yanında bir çantan olaydim,

Məni götürəydin hər səfərində.

Nəsə lazım oldu, açıb-bağlayıb,

Mənə toxunaydın hər səfərində.

 

Kaşki gözündə bir eynəyin olub,

Səninlə dünyaya baxa biləydim.

Və yaxud əynində pencəyin olub,

Sənlə birgə evdən çıxa biləydim.

 

Kaşki yanında bir darağın olub,

Mən sığal çəkəydim telinə sənin.

Telin bəhanədir,hər darayanda,

Bəs edər toxunsam əlinə sənin.


Kaşki qol saatı olaydım səndə,

Vaxtı göstərəydim qolunda sənin.

Vaxtını biləydim, vaxtı gələndə,

Ölümə gedərdim yolunda sənin.

 

Mən hər bir şeyin olardım sənin,

Şirinin olardım, acın olardım.

Mənə elə gəlir sən istəsəydin,

Mən sənin başında tacın olardım.



Tags