şer Duymaz

İllər ötdükcə dönüb geriyə baxdıqda...


Kimsə cəkmir haray qorxur ,
Görən kimsə duyar, duymaz.
Çəkilməkdən haray qorxur,
Gələr kimsə, duyar duymaz?


Etibarın yox vaxtıdır,
Bağlanmağa belin qoymaz.
Görür soxa-sox vaxtıdır,
Daşın altda əlin qoymaz.


Kimlərdə ki, hünər yoxdu,
Ürək yoxdu,ciyər yoxdu,
O kəslərdən betər yoxdu,
Balaq altda yatar doymaz.


Qaymaq altda,ayran üstdə,
Olur cıxan peşman üstə,
Ölür insan insan üstdə,
Qalan gedən sayın saymaz.


Çoxdur ədəb yolun azan,
Çıxır bicaq,əlində qan,
Haqq deyənin qəbrin qazan,
Kəmfürsətin gözün oymaz.


Hər kəs tutub bir dəb gedir,
Məqsəd gedir, mətləb gedir,
Zaman ötür, əqrəb gedir,
Bir tək odur, yolun caymaz.

Tags