Qəzəl. Eyləsin.

Dərdinə çarəni badədə axtarıb dərdə düçar olarsan

Varmı ki, bir kəs gəlibkən könlüm abad eyləsin,

Qəmdən azad eyləyib, şadlandırıb şad eyləsin.

 

Qurmuşam qəmxanələr meyxanələr küncündə mən,

Tay gəlib, bir gün gedib, min gündə bərbad eyləsin?

 

Yox gücüm, dağ çapmaram uğrunda mən, çün sərxoşam,

Badələrdən qurmuşam dağ, cəngi Fərhad eyləsin.

 

Zərrə yoxdur insafın, min qatilin eynindəsən,

Min kərəm vur yarə sən bir qəlbə, min dad eyləsin.

Tags