şer Bayraq

Bayraq günümüz qutlu olsun əziz həmvətənlərim.


Gör neçə illərdir həsrətindədir,


Xocalı, Kəlbəcər, Laçında hər dağ,


Biz götürüb ələ səni birbərir,


Hər dumanlı dağda dalğalandıraq.



Fizuli tərəfdən qalxıb yuxarı,
Üz tutaq Şuşaya Ağdama sarı,
Zəngilanın da var dərdi qübarı,
Hər qarış torpağda dalğalandıraq.

Hər qarış torpağda gəzdirək səni,
Qaldırıb səmaya süzdürək səni,
Hər oba hər elə düzdürək səni,
Səfalı yaylağda dalğalandıraq.

Sən bağrına basıb nisgili gözlə,
Haqq gəlib kəsəcək əyrini düzlə,
Böyüklü-kiçikli, şən, gülər üzlə,
Səni Qarabagda dalğalandıraq.

Tags