Zaman

zaman elə məhfum ki, bəlkədə yoxdur, bəlkədə dayanıb gedənlər bizik

Bizdən ömür alıb, bizi talayan,

Vaxtın özü də bir oğru deyilmi?

Bəlkə də məhfumdur, yalandır zaman,

Bir gün bir il olur doğru deyilmi?

 

Bəzən yıxılanda, düşəndə dara,

Qalxmağa çıxmağa vaxtım olmadı,

Bilmədim hirsimi töküm mən hara,

Bəxti qınadım ki,baxtım olmadı.

 

Sən çətin günümdə, çətin anımda,

Vaxtım az olanda dəyərli oldun.

Boş bekar vaxtımda gəlib yanımda,

Dayanıb boş yerə hünərli oldun.

 

Boş yerə illərim ötüb keçəndə,

Lal kimi susaraq sual vermədin,

Elə ki, sənə bir işim düşəndə,

Bir işi görməyə macal vermədin.

 

       Saatcün bir  adaş cihaz düzəldıb,

Günləri ayları təqvimə saldıq.

Baxaraq saata gözü bərəldib,

Təqvimin vərəqın cırıb qocaldıq.

 

Sən geyib bahalı saat cildini,

Taxılıb qolları buxovlayırsan.

Bir qandal olaraq öz əsirini,

İstədiyin kimi cilovlayırsan.

 

Bir birini təqib edən əqrəbin,

Çatıb o birinə ilişmir heç vaxt.

Hər şeyin gedişi dəyişib dəbin,

Tək sənin gedişin dəyişmir heç vaxt.

 

Mən artıq zamana vermirəm məhəl,

Zaman öz işini görməyindədi.

Mənə maraqlısı gələndə əcəl,

Məni ona necə verməyindədir.

 

 

 

 

 

Tags