şer

olub qəmin əsiri, sevinc kədər içində,

Xərabətlər içində,
Ümid məzarlığıda,
Zərrəcə yoxdu sevgi,
Könül bazarlığında.

Sərmayəsi min qəmim,
Kədər əzəl həmdəmim,
Üzüb batıbdır gəmim,
Xırda sevinc gölündə.
Siz ey qəm dəryasında,
Batıb çıxan hisslərim,
Mən sizi tay neylərim,
Tay boğulub ölün dəə!

Min söz satıb yerində,
Bir damcı kam almışam.
İndi bir sözdən ötrü,
Kam əlində qalmışam.

Nə zamanın hökmü var,
Axşam səhər kimidir,
Nə həyatın dadı var,
Şirin zəhər kimidir.

Kədər bürünüb yasa,
Yas kədərin libası.
Kədər yasın qoynuna,
yYas kədərin boynuna,
Vallah çaşıb duyğular,
Fələyin bu oynuna.

Dün üzümdən bir anda,
Təbəssüm ki, çəkildi.
Sevinc bir tablo kimi,
Xəyallarda çəkildi.
İndi qəm muzeyində,
Sevinc qəmli əsərdi.
Gəlb edir tamaşa,
Kimin ki, vardı dərdi.

Qəmli-qəmli adamlar,
Baxıb-baxıb kövrəlir.
Qəmli sevinc əsərinə.
Çoxusu heyran qalıb ,
O rəssamın hünərinə.
O sevincin gözündə,
Dərin-dərin qəm çəkib,
Yanağında üzündə,
Kədər dolu nəm çəkib,
Sevinc baxır həyata,
Qəmin pənçərəsindən.
O kədər sarayının ,
Həmin pəncərəsindən,
Özün atanda çəkib,
Üzüqoylu əbədi,
Gözün yumanda çəkib.

Tags