Qadın

Şeirlər mahnılardan dərin olmalıdır.Mahnılarda tapmadıqlarımız şeirlərdə,özlərini biruzə verməlidir.

Nə deyim,nə yazım sənə bu eşqdən?
Anlayarmısan eşqin fəlsəfəsindən?
Quş desəm tutmazsan uçar əlindən.
Eşqin dərd intizarı yamandır qadın.

Sevgi bir göy qurşağı rəngi özündən,
Qatmağa çalışma nəsə özündən,
Dərd eləmə əgər çıxsa sözündən,
Eşqin təkcə əlacı zamandır qadın.

Eşq bir kitabdır,səhifələr bom boş
Nə mən deyim,nədəki sən baş qoş
Bir insan düşün,içkidən sərxoş
Oxuyur kitabı,amandır qadın.

Eşq şərabına eyləmə minnət,
Əzəldən zəhərlidir eşq adlı zillət.
Eşq cəhənnəmdir,həmdəki cənnət.
Eşq İlan cildində şeytandır qadın.




Tags