Bilmirsən.

Tək tərəflidə olur sevgi bəzən.Məsələn,Allahı sevə bilərsən,ağacları,quşları,insanları,küçələri sevmək olar.Yalnız,insanlar arasında birini tək tərəfli sevmək,əzab çəkməkdir məncə.

Bilmirəm hardan başlayım.
Səhvim harda oldu?
Çarəsiz olmağımmı,ya çarə olmamağımmı?
Bəlkə də heç görüşməməliydik biz.
Bəlkə də heç gəlməməliydin.
Axı niyə gəldin?Sənə nə var,sən hələ də xoşbəxtsən.
Heç məndən xəbərin varmı?
Bu nə sualdı verirəm?
Hardan olsun,axı sən hələ də səni sevdiyimi bilmirsən.
Olsun, bunu oyun kimi canlandırmışdım gözümdə.
Mən gizlənəcəm və nə vaxtsa tapmağını gözləyəcəydim.
Bəzən bəlkə də buna görə əsəbləşirəm sənə,özün qəsdənmi belə edirsən,ya həqiqətənmi belədir?bilmirəm,amma bəzən elə gəlir ki,heç axtarmırsan məni.
Bəzən təbəssüm yarada bilirəm üzündə.
Dəli kimi məndə gülməyə başlıyıram,bilirəm görmürsən güldüyümü,hardan görəsən,axı sən hələ də səni sevdiyimi bilmirsən.
Mən səni səndən xəbərsiz sevdim.
Şair demişkən,Səni sən olmayan yerdə sevdim.
Bəzən qısqanc,bəzən hüzünlü,bəzənsə,sevincli oluram yanında.
Bəzənsə neçə günlərlə görmürəm səni.
Elə hey gözləsəmdə gəlmirsən.
Gecələr danışıram sənlə onda,niyə gəlməmişdin deyə?
Sənsə-burdayam,yanındayam görmürsən? deyə Cavab verirsən.
Sonra səni görən də isə,Yadında olmur bunlar.
Hardan olsun, axı sən hələ də səni sevdiyimi bilmirsən...
Bəlkə də,heç bilməməlisən.
Sən zəngin bir baxçanın ən gözəl gülü,mən kasıb dünyanın bir nəfəri....

Tags