Bakı

Soyuq küçələr.parkda oturmuş tənha bir adam.Əlində kitab,arasında əzilmiş bir gül.Altı xəttlənmiş fikirlər.

Bu Bakı çox zalım,yaman şəhərdi,
Sevgini məhv edən şəhərdi Bakı.
Gerçəkliyi dildə gəzən yalan şəhərdi.
Sevgini tərk edən şəhərdi Bakı.

Sevgini görəndə oyanır nifrət,
Qəlbin büs-bütün kin,küdurət,
Acizsən amma,səndəki qüdrət,
Elə bil yaradan bəxş edib Bakı.

Küçələrin soyuq üşüyür adam,
Qəlbləri qırıb,qanadan Bakı.
Bəlkə də haqlısan,bəlkə mən yadam,
Özünü insandan soyudan Bakı.

Ayırdın qəlbləri,isti qucağı.
Tutuşan qəlbləri sındıran Bakı.
Söndürdün alışan isti ocağı,
Sevəni sevəndən ayıran Bakı.

Gözlərə ecazkar görünən Bakı,
İlahi,bu şəhərin nə qəddar imiş.
Sevginin dəyərin öldürən şəhər,
Sanki bu,hiyləgər Bakı deyilmiş.

Tags