Adiləşmiş sevgi.

Sən və sən.Əlində buz bağlamış sevgin,içində daşlaşmış bir qəlb.Əsassız düşüncələr.

İnsanlar üçün adiləşib sevgi,
İndi Şirinlər axtarır Fərhat.
Onu sevəni bir qırağa atıb,
Sevməyən üçün edilir fəryad.

Qəfəsə salınmış bir quş məsəli,
Sevgi imdat edir bas-bas bağırır.
İndiki aşiqi görüb ümid kəsəli,
Məcnunu,Kərəmi kömək çağırır.

Sevgidə ölüb hisslər,duyğular,
De görüm hanı aşiq,məşuqə harda?
Saf məhəbbət harda qaldı ki?
Məcnunlar gəzirlər Leylini barda.

Bu qədər ucuzmu,beləmi asan?
Sevginin dəyərin harda saldılar?
Məhəbbət üçün dağları aşan,
Hanı hardadı,harda qaldılar?

Tags