bu dünyadan o dünyaya gedən yolda

bu dünyadan o dünyaya gedən yolda...


Sən yetimə əl tutu ki, sən axirətə gedən zaman ,

Sirat körpüsündə sənə o əl donüb edər  aman.

Tükdən incə körpüdə sən, çiynindəki günahların,

Ağırlığın dərk eliyib hər addımında ahların,

Nalələrin, əzabların, təsirində səndələyib,

Tir-tir əsən ayaqların,  bu dəhşətə tab etməyib,

Yıxılarkən,

Əl ataraq o körpüdən yapışarsan.

O əl sənə ümid verər, bərk-bərk tutub o körpüdən,

Bir savabın xatirinə o əl məxsus olan bədən,

Əhv olunub keçib gedər.

Bəlkədə cənnət qapısın bir zaman  əl tutduğun o  yetim açar.

Gəl keç deyər.

Bir yetimin məqamına mim-min varlı baxıb-baxıb,

Gözün döyər.

Yetim fağır dolandıran bir insanı, axirətdə,

Bəlkə  həmin yetim-fağır duasıyla dolandırar.

Bu dünyada milyonların üstündə şəstnən oturub,

Ac yalavac qalanlara manat qıymağa göz yumub,

Məzəmmət eyləyən kəsi o dünyada miyonların,

Yığıb altına od vurub, bəlkə o kəs ki, yandırar,

Onun həmin imkanlıda haqqı olan qəpik qalıb.

Bəlkə də pul istəyəndə acıqlanıb dönüb ona,

Var gücüylə vurub onu şikəst edən təpik qalıb.

Bəlkə də heç nə qalmayıb, unudulub gedib tamam,

Amma haqqın tərəzisi o dünyada aram-aram,

Günahları bir gözünə, savabarı bir gözünə,

 Yığıb çəkib qərar verir.

Məzlum məzlum durub baxır bir günaha bir özünə,

Günahları özündəndə dəfələrlə  ağır gəlir.

Matdım-matdım durub baxır, görür ki, bir fağır gəlir,

Savabları, namazları, bir söz ilə aşıb daşır,

-İlahı gör saleh əməl bir insana necə də gözəl yaraşır.

Deyib birdən öz özünə peşman olar.

Düşünər ki, bəlkə bir an imkan olar,

Bircə əməl, yuyub bütün günahların ki, pak edə.

Lakin nə xeyri , qeybidən bir səs gəlir,

-          İnsan gərək əməl dünyasında bütütn bu şeylərı idrak edə.

O gün bəlkə yaxındadır savab üçün tələs,

Gəlir!!!

Tags