Islam dini. Innovasiya

İslam dini və innovasiya haqqında qısa yazı. Son dövrlərdə insanların innovasiya sözü və yaxud termini ilə əlaqədar tanışlıqları, və islam dini baxış açısı.

    İslam dini və İnnovasiya.

İslam dini, heç bir zaman insanların, yaşam tərzlərinin daha rahat olmaması üçün çalışan bir din deyil. Və yaxud heç bir halda əgər doğru dindən danışırıqsa işlərin rahatlaşdırılması pis və yad olaraq qəbul olunmur. Hətta Qurani Kərimdə də "çətinləşdirməyin asanlaşdırın " mənası kəsb edən ayə var.
İnnovasiya - hər hansı bir sahədə lazım olan yeniliyin tətbiq olunmasıdır. Yenilik var olan sahələrdə də o sahənin hər hansı bir hissəsinin daha rahat istifadə olunmasını da ehtiva edə bilər. Məsələn, Qurani Kərim kitabının mobil proqram vasitəsilə dinlənilməsi, cümlələr olaraq tərcümə olunması həm orijinal ərəb dilində qarşılıq olaraq azərbaycan dilində və s bu kimi hallar əlbəttə ki çox gözəl olar.
Hətta peyğəmbər Həzrəti Muhəmməd (s.ə.s) bir yenilikçi üçün dua etmiş onun bu əməlini təsdiq etmişdir. Bildiyimiz kimi, Peyğəmbər vaxtında onun yaşadığı dönəmdə müasir işıqlandırma sistemi, yox idi. Və işıqlandırma üçün xurma ağacının yarpaqları və yaxud ağacın özündən məşəl formada yandırılaraq istifadə olunurdu. Bir gün məscidə o günə qədər orda yaşayan insanların heç birinin görmədiyi bir işıq aləti gətirildi. Qəndil. Qəndil - içərisinə zeytun yağı tökülüb və fitil əlavə olunaraq istifadə olunan çıraq. Çox da gözəl görünürdü. Peyğəmbərimiz bu aləti görüncə kimin gətirdiyini soruşduqda Tamimud Dari (şəxs adı) cavabı verilir. Peyğəmbər o zaman o şəxsə tərəf çevrilərək "Sən bizim gecəmizi aydınlatdın , Allah da səni aydınlatsın " deyə dua edər. Diqqət olunası məqamlar hansılardır
1. Təbii ki peyğəmbər yaşayan ərazidə də zeytun yağı və fitil var idi. Bunların olması adi bir haldır. Ancaq o mühitdə hələlik bunu kəşf edən bir insan yox idi. Yararlı olduğunu görüncə bu hal Peyğmbərimiz tərəfindən bəyənilir və hətta o şəxsə dua da edir.
2. Bu hal bizim dövrümüzdə çalışan hər hansı bir yenilik gətirmək istəyən insanlara da əslində bir motivasiya olmalıdır. Peyğəmbərimiz orda o qəndil üçün deyil də , bu yeniliyin insanlara rahatlaşdırılması üçün sevinirdi.
Heç vaxt din elmin, yeniliyin qarşısına çıxmır. Tarixən də əgər din doğru tədris olunarsa elmə qarşı deyil. Əgər bir iş insanlar, cəmiyyət üçün faydalıdırsa.
Və birdə bizim danışdığmız din və elm doğru olaraq biliriksə.

Tags