Ayrılıq ...

Ayrılıq hicrandır həsrətdir, amma,
bir tərəfdən vüsal şirinliyidir.

Sən elə bilirdin bu gedişinlə,

İçimdə bir boşluq yaradacaqsan.

Bəlkə də canını sıxdın dişinlə,

Bəlkədə düşündün aradacaqsan,

Özünü, hər səni yada salanda.

Hər səninlə birgə olan yerləri,

Mən tənha gəzəndə, sənsiz olanda,

Yalnız varlığınla dolan yerləri.

Sənin yoxluğunla unudacağam.

Gözdən uzaqlaşıb könüldən uzaq,

Olacağam deyə düşündün bəlkə.

Belə düşündünsə nahaq, çox nahaq,

Sən sənsiz gözümə göründün bəlkə,

Deyib öz-özümə gedirəm ora.

Biz oturan daşın sağına çöküb,

Sol qolumla daşı qucaqlayıram.

Yoxluğunu duyub göz yaşı töküb,

Daş susur, dayanır, mən ağlayıram.

Kaşki getməyəydin, indi yanımda,

Yenə əvvəlki  tək kaş olaydın, kaş!

Lap qəbulum idi, donub canımda,

Elə bu daş kimi daş olaydın kaş.

Nədən getdiyinçün biraz danlanıb,

Elə bu daş kimi susub durardın.

Lap əsəbləşəndə o dəm canlanıb,

Bu daşı götürüb məni vurardın.

Bəlkə də deyəssən dəlisən nəsən,

O boyda daşada gücüm çatardı?

Yaxşı beləmi gücsüz idin sən?

Heç Gücsüz adamda  sevdiyin atardı?

İndi lap olsanda daşdan fərqin yox,

Əlin daşa toxunan əlim kimiydi.

Əlini yadlaşan əlim tutardi?

Səninlə xatirələr film kimiydi,

İncimə əzizim, burda qurtardı.

 

 

 

Tags