Bu dünya və o dünya...

bir para fəlsəfəm var, gah metrodu gah qatar,
adam inanarmı bir gün dünyanı atar...

Zaman gedir,

 özüylə,

bilmirik ki,

bizləri, götürüb gedir hara.

Elektron rəqəmlər,

Mexanizm əqrəbi,

Həp varırsa irəli,

Biz gedirik deməli.

Zaman gedir, dayanmır,

Durmur bircə saniyə.

Dursa həyat duracaq,

Təsəvvür et ürəyin vurmur bircə saniyə.

Bir də vurmasa əgər,

Səni infarkt vuracaq.

Onda belə çıxır ki,zaman da bir ürəkdir.

Milyard illər döyünür,

Bir an belə dayanmır.

Bəlkə də hər bir kəsə,belə ürək gərəkdir.

Bəlkə elə belədir,

Bəlkə heç kəs inanmır.

Bir gün döyünən ürək,nə vaxtsa dayanacaq.

Sonuncu mənzilin,

və,

Sonuncu dayanacaq.

Xahiş edirik həyat ,

Qatarından düşəndə,

Öz əşyalarınızı,

Götürməyi unudun.

Qoyun qalsın hamısı.

Hər nəyiniz vardısa.

Hamısı dünyanındı.

Malında dünyanındı,

Pulunda dünyanındı.

Rəhmət qazanmaq üçün,

Bir zaman çəkdridiyin,

suyunda dünyanındı,

yolunda dünyanındı.

bir həsir  məmmədnəsir,

köcürsən bu dünyadan,

ruhun o dünyanındı,

bu dünyada torpağa,

tapşırılan yeganə,

bircə quru canındı.

Adam elə bilir ki,

Gedəndə özü ilə,

Aparacaq rəhməti.

Rəhmət də burda qalır.

Min əzabla çəkdiyin,

Zəhmət də burda qalır.

Gəldi,

Qatar,

 Dayandı.

Götür üç metr kəfən,

İçində cansız bədən,

Son dəfə görüş artıq,

Düş əzizim düş artıq ,

Sənin stansiyandı.

Salma özünü əziyyətə,

-Bu qaynayan tiyandı,

Burda çoxları yandı.

Bax bu sirat körpüsü,

Keçən gedir cənnətə.

-Necə keçim indi bəs?

Birdən həmin tanış səs.

-Əziz axirətçilər, axirət qonaqları,

Sirat körpüsündən istifadə edərkən,

Sol tərəfdə dayanın.

Keçənlərə yol verin.

Axirətdə cənnəti,

Seçənlərə yol verin.

Nəbadə ki, kimsənin,

Ətəyindən yapışıb keçməyə cəhd edəsiz.

Keçə bilməyəcəksiz.

Keçmək üçün gərəkdir həyatı dərk edəndən,

Siz bunu əhd edəsiz.

Əməl dəftəri bağlı, bura haqq dünyasıdı,

Burda seçki zadda yox,

Tanış qohum, Yadda yox,

Xülasəsi , burda yol,

 secə bilməyəcəksiz.

-Nə durmusuz mələklər,

- Bəs ədalət, məhkəmə,

-Demaqoqdu ki, lap bu,

Tez!

Atın  cəhənnəmə...

Tags