Yaz ay şair...

yaz ay şair, bu günü yaz, sabahı yaz, savabı yaz günahı yaz...

Götür bir ağ vərəq, qələm,
Ruhən qocalsanda şair,təbin qocalmayıb hələm.
Yaz ki, ağlıq olub qara,
Bir boşluğun sinəsinə,mürəkkəblə vurub yara,
O boşluğu məhv edəsən.
Hər insanın səhvi olur,ola bilər səhv edəsən,
Sən hansısa bir cümlədə.
Düzdür pozsan o səhvi sən, yox olacaq bir həmlədə.
Pozma Şair. Səhvidə yaz.
Qoy düzlərin arasında, səhvlərində olsun biraz.
Biraz yazanda səhərdən,
Gecənidə unutma sən, onuda qeyd elə hərdən.
İşıq saçan şamıda yaz.
Tənhalıqdan üzüldüyün, o qərib axşamıda yaz.
Təəssürat oyatsın qoy, yazdıqların hamıda, yaz!
Pəncərəni döyəcləyən yağışı yaz,
Ürəyini titrədən o məsum-məsum baxışı yaz.
Götür əzib atdığın o kağızı yaz,
Xatirədir, eybi yoxdu, o qızı yaz.
Heç olmasa yazısını qoyma yarım,
Əsəblərin olsa da lap tarım- tarım.
İnsaf elə, xəyalına zülm eləmə,
Köhnənidə al qələmə.
Yaz ki, necə dözdün onun cəfasına,
Giley-güzar eyləmə ki, sən o qızın vəfasına,
Ayrılıqda hər ikinizin günahı var.
Dinləmədin səbəbini, hər bir şeyin izahı var.
Nəysə şair.
Pozma bu cür fikirlərlə keyfini yaz,
Nə cür aldın vəfasızdan heyfini yaz.
Yaz ki, necə oldun bircə kəlmə o Yox cavabından.
Necə qurtuldun sonunda ayrılıq iztirabından.
Yaz utanma, həsrətiylə içib qırıb badələri,
Kənardan baxan hər kəsin üzündə ifadələri,
Sənə qarşı bir andaca necə dəyişdiyində yaz.
Nə dəliliklər elədin,
Səni bir başqası ilə , o qız dəyişdiyində, Yaz!
Yadındadır yağışlı gün yaş asvalta uzandığın?
Yaz soyuqda o gecənin bir il kimi uzandığın.
Ondan sonra onsuz günlərində yağan ilk qarı yaz.
Heç olmasa yoxdur özü, xatirəsindən barı yaz.
Cəsarət eyləyib ona etdiyin ilk zəngini yaz.
İlk cavabından boğulub qaraldığın rəngini yaz.
Necə sevinmişdin onun hə cavabın alınca yaz,
Üzünə deyə bilmədin, heç olmasa dalınca yaz.
Cavanlığı bəhanə et, yaşa dolmadığını yaz,
İndiki ağlının o vaxt, necə olmadığını yaz.
Utandığın səhvlərini cavanlğın boynuna at,
O ağılda olsan indi görən nə deyər camaat.
İllər ötüb keçib daha geridədir, o çağların,
Çoxalırmırmı get-gedə saç-saqqalındakı ağların.
Yaz ay şair, adam lap fikirləşdikcə qocalır, yaz,
Yazılanlar bu dünyada kağız üstündə qalır, yaz.

Tags