1 ildə Elçibəy

Bu yazıda Azərbaycanın ilk dəfə demokratik seçki yolu ilə seçilən prezdenti Əbülfəz Elçibəyin 1 illik hakimiyyət dövrü ərzində fəaliyyətlərinin qısa icmalı verilmişdir.

Bu gün azərbaycanlı dövlət, siyasi və ictimai xadim, dissident, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992-93). Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk prezident olan Əbülfəz Elçibəyin doğum günüdür. O, yaşasa idi, bu gün 82 yaşını qeyd edəcəkdi. 

O, 1938-ci ilin bu günü, Ordubad rayonunun Kələki kəndində anadan olub. Onun prezidentlik dövrü:


Əbülfəz Elçibəyin prezidentliyi dövründə, bir ildə Dövlət Ləl-Cəvahirat Fonduna 1.5 ton qızıl və digər qiymətli metallar toplandı. 1993-cü il iyun ayının 1-nə qədər Milli Bankda valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon dollara çatdı.


Ə.Elçibəyin prezidentliyi dövründə dövlət büdcəsinin kəsiri 5 faizdən artıq olmadı. Həmin bir ildə Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı. Manat uzun müddət rublla müqayisədə öz başlanğıc 1:10 nisbətini qoruyub saxladı (həmin dövr ərzində rus puluna nisbətən Belorus rublu 300%, Ukrayna kuponu isə 700% qiymətdən düşmüşdü).


Siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edildi. Həmin qanunlar əsasında 30-a qədər siyasi partiya, 200-dən artıq ictimai birlik, 500-dən artıq mətbuat orqanı və informasiya vasitəsi qeydiyyata alındı.


Prezident aparatı tərəfindən hazırlanmış və Milli Məclisə təqdim edilmiş seçkilər haqqında qanun Azərbaycanda ilk dəfə olaraq parlament seçkilərinin çoxpartiyalılıq əsasında keçirilməsini nəzərdə tuturdu. Lakin bu layihə sonralar qəbul olunmamış qaldı.


Respublikada məhkəmə hakimiyyətini gerçəkləşdirmək üçün məhkəmələrin statusu haqqında qanun qəbul edildi. Hüquq-mühafizə orqanlarında köklü islahatların başlanğıcı qoyuldu. İslah-Əmək sistemi Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılıb Ədliyyə Nazirliyinin tabeliyinə verildi.


Ə.Elçibəyin prezident olaraq yürütdüyü iqtisadi siyasət əsasən iki məqsədə yönəldilmişdi. Birincisi, köhnə dövlət təsərrüfatını vaxtsız dağılmaqdan qoruyub saxlamaq və bunun üçün dövlət əmlakının gündəlik talan edilməsinin qarşısını almaq, əmək intizamını, vəzifəli şəxslərin dövlət qarşısında məsuliyyətini, ictimai sərvətin mühafizəsini gücləndirmək; köhnə iqtisadi əlaqələri bərpa etmək yolu ilə iqtisadiyyatda nisbi də olsa sabitliyə nail olmaq. İkincisi, liberal iqtisadi islahatlara başlamaqla respublikada bazar iqtisadiyyatının formalaşmasına nail olmaq. Bu məqsədlə Dövlət Əmlak Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi, Torpaq Komitəsi və s. dövlət orqanları yaradıldı.


İqtisadi islahatları tənzimləmək məqsədilə 34 qanun, o sıradan dövlət əmlakının özəlləşdirilməsi haqqında, banklar və bank fəaliyyəti haqqında (ümumiyyətlə, bazar iqtisadiyyatına uyğun bank sisteminin yaradılması üçün bütün lazımlı qanunlar qəbul edilmişdi), mülkiyyət haqqında, xarici investisiyaların qorunması haqqında, icarə haqqında, torpaq vergisi haqqında, aksizlər haqqında qanunlar qəbul edildi.


Ticarətin liberallaşdırılması, dövlət ticarət müəssisələrinin kommersiyalaşdırılması, yarımçıq qalmış tikililərin icarəyə verilməsi haqqında, xırda sahibkarlığa kömək və onun inkişaf etdirilməsi haqqında prezident fərmanları qəbul edildi. Bundan başqa, özəlləşdirmə, sahibkarlığa yardım, fermer təsərrüfatının, emal sənayesinin inkişafı haqqında dövlət proqramları hazırlandı.


Beləliklə, respublikada iqtisadi islahatların həyata keçirilməsi üçün mükəmməl hüquqi baza yaradıldı və bu yöndə ilkin addımlar atılmağa başlandı. Qısa müddətdə respublikada minlərlə xüsusi müəssisə, onlarca müstəqil bank (o sıradan xarici ortaqların iştirakı ilə) fəaliyyətə başladı, kəndlərdə 17 mindən artıq sərbəst icarə kollektivi yaradıldı, özəlləşdirmə proqramının ilkin mərhələsi kimi taksilərin və yaşayış evlərinin özəlləşdirilməsinə başlanıldı.


Azərbaycan iqtisadiyyatına xarici kapitalın cəlb edilməsindən ötrü mühüm işlər görüldü. Hazırlanan müqavilələrə əsasən Amerika Birləşmiş Ştatları, İngiltərə, Norveç və Türkiyənin neft şirkətlərinin respublikamızın neft sənayesinə 10 milyard dollara yaxın sərmayə qoyması gözlənilirdi.


Elm, təhsil və mədəniyyət sahəsində də mühüm islahatlar başlanmışdı. Təhsil haqqında qanun qəbul edilmişdi. Bu qanuna əsasən təhsil sahəsində özəl müsəssisələrin açılmasına icazə verildi və tezliklə bir çox belə müstəqil təhsil ocaqları yarandı.


Ali və orta ixtisas təhsili məktəblərinə qəbulun test üsulu ilə keçirilməsi Elçibəy iqtidarının mühüm uğurlarındandır. Azərbaycanın yüzlərcə alim, müəllim və metodisti cəlb edilməklə bircə ilin içində orta məktəbdə keçilən humanitar fənlər üzrə 7 yeni proqram hazırlandı və onların əsasında 60-a yaxın adda tam yeni dərslik yazdırıldı; ümumiyyətlə, başqa fənlər də daxil olmaqla 90-a yaxın adda yeni dərslik ortaya qoyuldu ki, orta məktəblərimiz onlarla ilk dəfə tanış olurdu.


Yeni məzmunlu proqram və dərsliklərin yaradılmasını prezident strateji əhəmiyyətli dövlət məsələsi saydığına görə, ölkənin maliyyə böhranı içərisində olduğuna baxmayaraq onun göstərişi ilə ayrılan 110 milyon manatlıq yardımla təhsil ədəbiyyatı üzrə yeni güclü nəşriyyat - "Öyrətmən" yaradıldı, yeni dərsliklərin nəşri üçün yetərincə kağız əldə edildi və kitabların nəşrinə başlanıldı.


Uzun müddət müzakirə obyektinə çevrilmiş latın əlifbasına keçidə nail olundu. Orta məktəb dərslikləri bu əlifbada nəşr edildi, dövlət idarələrində də ondan intensiv istifadəyə başlanıldı.


Onun bir illik hakimiyyəti ərzində (15 may 1992-ci il – 17 iyun 1993-cü il) Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edildi.


Uzun müddət Azərbaycanda siyasi proseslərin ziddiyyətli inkişafı milli münasibətlər sahəsində qeyri-sabit vəziyyət yaratmışdı. Problemi tənzimləmək üçün prezident Elçibəy ilk növbədə milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar haqqında fərman verdi. Məlum fərmandan sonra 30-a qədər milli mədəniyyət mərkəzi Bakı şəhərində yerlə və normal iş şəraiti ilə təmin edildi.


Azsaylı xalqların çıxardığı 4 qəzet Prezident fondundan maliyyə yardımı aldı. Onlara radio və televiziyadan istifadə etmək imkanı yaradıldı. Elçibəy bir sıra xarici səfərlərdə oldu. İstanbul sammitində iştirak edərək (24-27.6.1992) Qara Dəniz İşbirliyi Sazişini və "Bosfor bəyanatı"nı (25.6.1992), ATƏM-in (indiki ATƏT) ikinci zirvə toplantısına qatılaraq (7-11.7.1992) Helsinki Müşavirəsi-nin Yekun aktını (8.7) və "Avropada adi silahların məhdudlaşdırılması haqqında müqavilə"ni (10.7), Rusiyaya rəsmi səfərə gedərək (12-13.10.1992) Boris Yeltsinlə birgə "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə"ni (12.10), Ankarada Türk cümhuriyyətləri başçılarının zirvə toplantısında (30-31.10.1992) sammitin Yekun Bəyannaməsini imzaladı (31.10). O, Türkiyəyə rəsmi səfərində (1-5.11.1992) prezident Turqut Özalla bir sıra müqavilələrə imza atdı (1.11), Ankarada açılan Azərbaycan Səfirliyinin lentini kəsdi (2.11), Ukraynaya rəsmi səfərində (9-10.12.1992) prezident Leonid Kravçukla "Azərbaycan Respublikası ilə Ukrayna arasında dostluq və əməkdaşlıq haqqında müqavilə"yə qol çəkdi (9.12). Prezident Elçibəy, Bakıda Marqaret Tetçeri (7.9. 1992), Tatarıstanın baş naziri Filza Həmidullini (24.9.1992), Rusiya baş nazirinin əvəzi Yeqor Qaydarı (30.9.1992), Moldovanın baş naziri Andrey Sangelini (17.10.1992), Moskvanın meri Yuri Lujkovu (26.10), İslam Konfransı Təşkilatının baş katibi Həmid əl-Cabidi (13.11.1992) və ölkəyə qonaq gəlmiş bir çox başqa nümayəndə heyətlərini, Bakıdakı bütün xarici ölkə səfirlərini qəbul etdi.


BMT-də, ATƏT-də, İslam Konfransı Təşkilatında, regional İqtisadi Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq birliklərdə Azərbaycan bərabərhüquqlu dövlət kimi təmsil olunmağa başladı. BMT-nin Bakıda nümayəndəliyi açıldı. Qonşu dövlətlərlə: Rusiya, Türkiyə, İran, Ukrayna və Gürcüstanla qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlığın əsasları qoyuldu. Moldova, Qazaxıstan və Türkmənistanla iqtisadi sazişlər imzalandı. Belçika, Amerika Birləşmiş Ştatları, Almaniya, İsrail, Misir, Pakistan, İngiltərə ilə sıx əlaqələrə möhkəm zəmin yaradıldı. Rusiya, Türkiyə, Gürcüstan kimi dövlətlərlə dostluq və əməkdaşlıq haqqında ikitərəfli müqavilələr bağlandı. Türkiyə ilə münasibətlər imzalanmış sazişlər nəticəsində yeni mərhələyə daxil oldu. Amerika Birləşmiş Ştatları və Qərbi Avropa ölkələri ilə münasibətlər xarici siyasətin başlıca istiqamətlərindən biri oldu.


Avropa və Amerikanın transmilli şirkətləri əlverişli iqtisadi məkan kimi Azərbaycana üz tutmağa başladı. AMOKO, BP, Yunokal, Statoil, Pennzoyl və başqa böyük şirkətlərlə neft sənayesi sahəsində sazişlər hazırlandı. Neftin Aralıq dənizinə daşınması haqqında ilkin sənəd imzalandı. Bu planların gerçəkləşməsi Azərbaycanın inkişafı üçün böyük perspektivlər açırdı. Ölkəyə güclü investisiya axını başlayacaqdı. Bütün bunlar Qərbin və Amerika Birləşmiş Ştatlarının Azərbaycana siyasi münasibətində də əsaslı təkamülün səbəblərindəndir.O , Azərbaycan - türk tarixində yeganə xalqın malına, puluna toxunmayan prezident olmuşdur.Onun bir illik hakimiyyəti ərzində (15 may 1992-ci il – 111iyun 1993-cü il) Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edildi.


Uzun müddət Azərbaycanda siyasi proseslərin ziddiyyətli inkişafı milli münasibətlər sahəsində qeyri-sabit vəziyyət yaratmışdı. Problemi tənzimləmək üçün prezident Elçibəy ilk növbədə milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar haqqında fərman verdi. Məlum fərmandan sonra 30-a qədər milli mədəniyyət mərkəzi Bakı şəhərində yerlə və normal iş şəraiti ilə təmin edildi.


Azsaylı xalqların çıxardığı 4 qəzet Prezident fondundan maliyyə yardımı aldı. Onlara radio və televiziyadan istifadə etmək imkanı yaradıldı. Elçibəy bir sıra xarici səfərlərdə oldu. İstanbul sammitində iştirak edərək (24-27.6.1992) Qara Dəniz İşbirliyi Sazişini və "Bosfor bəyanatı"nı (25.6.1992), ATƏM-in (indiki ATƏT) ikinci zirvə toplantısına qatılaraq (7-11.7.1992) Helsinki Müşavirəsi-nin Yekun aktını (8.7) və "Avropada adi silahların məhdudlaşdırılması haqqında müqavilə"ni (10.7), Rusiyaya rəsmi səfərə gedərək (12-13.10.1992) Boris Yeltsinlə birgə "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə"ni (12.10), Ankarada Türk cümhuriyyətləri başçılarının zirvə toplantısında (30-31.10.1992) sammitin Yekun Bəyannaməsini imzaladı (31.10). O, Türkiyəyə rəsmi səfərində (1-5.11.1992) prezident Turqut Özalla bir sıra müqavilələrə imza atdı (1.11), Ankarada açılan Azərbaycan Səfirliyinin lentini kəsdi (2.11), Ukraynaya rəsmi səfərində (9-10.12.1992) prezident Leonid Kravçukla "Azərbaycan Respublikası ilə Ukrayna arasında dostluq və əməkdaşlıq haqqında müqavilə"yə qol çəkdi (9.12). Prezident Elçibəy, Bakıda Marqaret Tetçeri (7.9. 1992), Tatarıstanın baş naziri Filza Həmidullini (24.9.1992), Rusiya baş nazirinin əvəzi Yeqor Qaydarı (30.9.1992), Moldovanın baş naziri Andrey Sangelini (17.10.1992), Moskvanın meri Yuri Lujkovu (26.10), İslam Konfransı Təşkilatının baş katibi Həmid əl-Cabidi (13.11.1992) və ölkəyə qonaq gəlmiş bir çox başqa nümayəndə heyətlərini, Bakıdakı bütün xarici ölkə səfirlərini qəbul etdi.


BMT-də, ATƏT-də, İslam Konfransı Təşkilatında, regional İqtisadi Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq birliklərdə Azərbaycan bərabərhüquqlu dövlət kimi təmsil olunmağa başladı. BMT-nin Bakıda nümayəndəliyi açıldı. Qonşu dövlətlərlə: Rusiya, Türkiyə, İran, Ukrayna və Gürcüstanla qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlığın əsasları qoyuldu. Moldova, Qazaxıstan və Türkmənistanla iqtisadi sazişlər imzalandı. Belçika, Amerika Birləşmiş Ştatları, Almaniya, İsrail, Misir, Pakistan, İngiltərə ilə sıx əlaqələrə möhkəm zəmin yaradıldı. Rusiya, Türkiyə, Gürcüstan kimi dövlətlərlə dostluq və əməkdaşlıq haqqında ikitərəfli müqavilələr bağlandı. Türkiyə ilə münasibətlər imzalanmış sazişlər nəticəsində yeni mərhələyə daxil oldu. Amerika Birləşmiş Ştatları və Qərbi Avropa ölkələri ilə münasibətlər xarici siyasətin başlıca istiqamətlərindən biri oldu.


Avropa və Amerikanın transmilli şirkətləri əlverişli iqtisadi məkan kimi Azərbaycana üz tutmağa başladı. Amoco, BP, Unocal, Statoil, Pennzoil 

Tags