Bu evin sakinisən

Sən yuxusuz gecələrimin sakinisən,
sanki qapını döyüb qonaq gəlmisən,
soyuq bir külək kimi soruşmadan,
içəri girmisən,
soyutmusan,
ağlımı,

düşüncələrimi,
soyuq otağımda dəyişib sanki,
gözümdə dəyişib,
boyası solmuş divarlarda,
elə bil fikirlərimdə donub bir anlıq,
qardan sonra soyuq külək kimi,
beynimi dondurmusan,
elə bil buz bağlayib hisslərimdə,
sənsə bunu hiss etmədən,
üşümədən,
bu evin sakinisən.
Sən yuxusuz gecələrimin sakinisən.
Bu soyuq küləkdə,
üşütmür səni,
bu şaxtalı qarda qorxutmur səni,
bu soyuqluğa qarşı,
düşünürsən,
soyuq küləyin qarşısını alan,
şaxtalı qarları əridən,
bir günəş çıxacaqdır.
O zaman,
yuxusuz gecələrimin,
sakini sən yox,
günəşli günlərinin sakini mən olacağam.
 
18.04.2011 ci il
Bakı şəhəri
 

Tags