Canla gedən qanla alınır.

Sülhün yolu müharibədən keçir


Döyüş bölgəsində iki cəbhə yarandığı kimi sosial şəbəkədə də iki cəbhə yaranıb: Sülhsevərlər və müharibə tərəfdarları.
 Biz torpaqları işğal edilmiş və bunun üçün də müharibə şəraitində olan bir vətəndaş vətəndaşıyıq. İllərdir ki, işğal olunmuş torpaqların tarixini əzbərləməklə məşğul olmuşuq, bəlkə də əzbərlədiyimiz də yadımızdan çıxıb. Tarixlər yadımızdan çıxsa da, çıxmasa da bildiyimiz tək şey var: Torpaqlarımız 30 ildir ki, işdədir. 30 il. 
Bu acı gerçək bir insanın üzünə 30 il boyu nə qədər vurula bilər? Bu əsl rekorddur! 
Bu vəziyyətdə sülhlə də müalicə ola bilər deyənlər var, müharibə ilə də. 
Bu məsələni müzakirə eləmək və nəticəyə gəlmək üçün 30 il, məncə çox uzun müddətdir. H, həddən artıq uzun əməliyyatdır.  
Düşməninsə kim olduğunu bilirik. 
Bunu hər iki fikrin tərəfdarları çox gözəl anlayır və qavrayır. 
Düşmən kimdi? 
Monoetnik, başqasının torpağına göz dikən, üzsüzlüklə soxulan və buranı özünə vətən sayan bir millət. 
Qısaca desək, gəmiyə minib gəmiçiylə dalaşan. 
Bu düşüncədə olan bir qrup insan 30 ildir sülh danışıqlarına arsızcasına yaxın durmur. Bu bəs etmir kimi milli musiqilərimizi, yeməklərimizi, tariximizi, yurdumuzu, torpağımızı da özününküləşdirir. 
Hər atılan yumşaq addım onların ayaqlarını bizim torpaqlarımızda daha da möhkəmləndirir. İddialarını artırır, səslərini qaldırır. 
Bu uzun müddət ərzində siyasi arenada işləmək üçün qədər aparmışıq. 
Söz qanmayan, anlamayan bir işğalçı ilə, qondarma dövlətlə bu zəmində nə qədər vuruşmaq olar? 
 Bu halda sülhün olma ehtimalına necə inanmaq olar? 
Sülh danışıqları ilə idarə olunmağa inandığımız dövr ərzində mindən çox dinc, mülki əhali erməni tərəfindən öldürülüb. 
Buna inanıb, inanmamaq olar sülh tərəfdarlarının şəxsi seçimidir. 
Amma müharibə indiki halda seçim deyil, zərurətdir. 
Ona görə zərurətdir ki, o torpağın gözündə günahsız insanların qanı var, kimsəsiz qalan damlar var, o damların altındakı zülmlər, əzablar, sarsıntılar yaşanmış, uçqunlar altında qalan ümidlər və yarım qalmış taleləri inləyir ..
Müharibəyə qədər sülh istəmək əməliyyatına qədər normal idi. 30 ildir istəməyə imkanımız olub. 
Amma müharibə başladığı zaman qisas, qələbə hissi qaçınılmaz olur. 
Və bu hiss heç vaxt özünü "sülh istəmək" hissi kimi biruzə verə bilməz. 
O torpaqları biz toyla - büsatla onlara hədiyyə verməmişik ki, indi sülhlə hərəkətək. 
O torpaqlar insan canı ilə birlikdə alınıb. 
Sülh istəmək bu qədər sadə ola bilməz. 
I Qarabağ müharibəsində iştirak edən indi də döyüşlərdə iştirak etmək üçün hərəkətə gəldi, aparmadıqları üçün iştirak etmədiyi yer qalmayan 65 yaşlı tank sürücüsü, könüllü formada müraciət ediləcək döyüşlərə yollanan gənc oğlanlar, döyüş üçün çağırış zəngi, mesajı gələn kimi sevincdən yerə-görə sığmayan gəncləri olan, görmədiyi , amma daim o yerlərin azadlıq qayğısını çəkən, "Qarabağ bizimdir" qışqıran 5-6 yaşında uşaqları olan bir vətən, birincisi heç vaxt məğlub deyil. İkincisi, bu insanların içindəki qisas yanğısını, ruhunu sülh qabağındakı suyla söndürmək mümkün deyil. 
İnsan təbiəti belədir ki, inandığı bir şeyin həlli üçün birdəfəlik olanı seçir və irəliləyir. Cəsarət edir. 
İnanmadığı şey üçün sakitliyi, heç nə etməməyi seçir. Sülh istəmək də bunun kimi bir şeydir. İndiki halda heç nə etməməyə qarşıdır. 
Bu tarixi döngüdə heç kim belə qətiyyət vermir, irəliləyiş görməmişdi. Ali baş komandan İlhaminin əmri ilə gözümüzün qarşısında bir tarix yazılır.
30 illik sülh inancını kənara qoyub, müharibəyə yox əsgərə, verilən sözlərə və bu qətiyyətə inanmaq lazımdır. 
İnsanın ölməsinə, öldükdən sonra yenidən qovuşmağa, qarışmağa bir torpağı, vətəni olmalıdı.  
Evinin açarını baxır da saxlayan, yurdundan olmuş bir qadın üçün ürəyinin yanğına su tökməyin, o açarı fırladı qapısını açmağın vaxtı çoxdan çatıb. 
Hər keçən gün, hər irəliləyişdə, hər müharibənin gedişinə mane olmaq üçün inkişaf edən ölkələrin rəhbərliyi və ordu tərəfindən verilən cavabda, gözümüzü hər açdığımız işğalda azad edilmiş yerlərin adlarını eşitmək üçün o qapıya çatmaq üçün daha çox artırmaq lazımdır. 
İnanıram ki, sülhsevər insanlarımızın da arzusu o torpaqlara gedir. Oraları görməkdir. Amma bunun sülhlə olacağına inanmaq üçün əlavə 30 il də gözləməli ola bilər.
Sülh, düşmən təslim olacağı təqdirdə olacaq. 
Artıq nəzarət qədər lərzəyə düşüblər. Odur ki, sülhün yolu müharibədən keçir. 
İlham Əliyev demişkən: "Biz zəfər çalacağıq, Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!"

Tags

Nuray Rəşid 1 yazı

1998-ci il noyabrın 20-i Culfa şəhərinin Yaycı kəndində anadan olub. Bakı Slavyan Universitetinin Alman dili müəllimliyi ixtisasının 4-cü kurs tələbəsidir. Əsas istiqaməti isə jurnalistikadır. Beynəlxalq Jurnalistika təhsili üçün hazırlaşır Beynəlxalq təlimlərdə Jurnalistika üzrə iştirak edib və yüksək dərəcə ilə bitirib.