niyə səmimi olmağa bu qədər "xəsis"ik

Səmimiyyət
Əksər insanlar səmimi olmağa çəkinər, cəsarətlənməz bəzən. Onlar sıfırdan özləri üçün sanki bir canlı portret yığarlar və bu onlar əvəzindən “danışar”. .
Səmimiyyət
Əksər insanlar
səmimi olmağa çəkinər, cəsarətlənməz bəzən. Onlar sıfırdan özləri üçün sanki
bir canlı portret yığarlar və bu onlar əvəzindən “danışar”. Səmimiyyət zəiflik
anlamına gəlmir. əksinə kiminsə qarşısında necə olduğunu gizlətməyəcək qədər
güclülük keyfiyyətidir. Bu xüsusiyyət saflıq anlamlna gəlməməlidir. Şəxsiyyətini
olduğu kimi qəbul etdirməkdir. Səmimiyyət ağlın kölgəsidir hər daim dost, ətraf,
mühit və hörmət qazandırır.
Səmimiyyət yeri
gələndə “bilmirəm”(amma mütlək öyrənəcəm)
və “bağışla” (səhvini görəcək qədər aydın baxışa) deyə bilmək kimi
gücdür.
Hər zaman səndən
ağıllı biri var, buna hazır ol və pis vəziyytə düşməmək üçün bu qalxanla yaraqlanmaq
“bilmirəm”dir. “Bağışla”- insanlar səhv edərək boyunlarına almırlar bu onları
cilizlaşdırır, hərçənd səhvləri olduqca aydın və uşaqcasınadır. Ətraf səhvini
boynuna almışla davrananada sayğın davranır. Bu, şəxsi onların gözündə mötəbər
edir. Bir şəxsin əlində gücün olması onu
hökmüran etməz, əsla bunu unutmaq lazim deyil.
Səmimiyyət səni insanlara yaxınlaşdırır və
inanılır birinə çevirir, ətrfafını genişləndirir. Sənin sözlərini itmiş sənəddən
daha etibarlı edir. Bunu hər kəs yamsılaya bilər, lakin bacarmaz. Heç vaxt hikkə
hökmüylə danışmazlar, təqribi danışarlar, hərçənd nə danışdıqlarını çox yaxşı və
dəqiq bilərlər. Onların bu təqribi nitqi insanların onlara dəstək verməsiylə nəticələnər
və hər daim sözləri üstün gələr. Bu isə çox önəmli məqamdır. Bu insanları mənsub
olduğu məqamdan sala bilərlər, lakin hörmətdən qətiyyən. Arxalarınca daim rəğbət
bəslərlər.