Sadəcə QADIN!!

Qəsrdən səs gəlməz möhtəşəm görünər, heyranlıq yaradar, lakin içərisində dünyaları idarə edən GÜC yaşar. hər kəs orda olmaq istər , lakin azı qazanar.
Sadəcə QADIN!!
1. Az xəyal, çox hərəkət.
2. Sevgi də gücü sevir
3. Bir qadının güclü olmaqdan
başqa çarəsi(yolu) yoxdur
4. Sarılmaq gözəldir - özünə və
uğuruna
5. Keçmişin keçmişdir, sənə dəxli
yoxdur.
6. Çox səbr, az hikkə
7. Yeri gəlsə, hər şeyi (malik
olduğun) qumara-riskə qoy, qadın kimi varlığını, əsla bu, sənin var olmağındır!
8. Üzün gülər, başın dik, əlin
belində. Bu sənin ən böyük cavabındır.
9. Bitdi mi, getdi mi, axırı gəldi
mi, olsun, yenisinin nəyi pisdir?.
10. Səni gözəl göstərən makiajın
deyil ki, gözlərinin ifadə etdikləridir. O bir bağırtıdır.
11. Təbiət güclüdür, bax sənin də
təbiətin elə olmalıdır- güclü, yaradıcı.
12. Tanrı səni özünə (yaradılış üçün) ortaq etmış,
dəyərini bil!
13. İki qadın hər zaman rəqibdir
(nə olursa olsun)
14. Sənin ən gözəl zərgərin kitab,
zərin beyindir
15. Qadın arzusundan istəyinə görə
imtina edir, heç inkar etməyin.
16. Məqsədinə doğru gedən qadın,
yalnızlıqla yoldaş olar.
17. Ən ağırı adətə yenılməkdir, ən əjdahası
yaralardan sağalıb, davam etməkdir. Həqiqətən əjdaha kimi səni kimsə saxlaya
bilməz. Gücün imkansiz, nəfəsin alov saçar.
18. Kim nə deyir desin məqsədin varsa, haqlısan.
19. Kişini qadın, qadını qərarları
qərarları şəkilləndirər.
20. İlk təkbaşına verdiyin həyatı
qərarda dizlərin əsər, ürəyin titrəyər, tər basar səni, amma qorxma, möhtəşəmlik
də elə bundadır!
21. Sənin birinciliyin kişilərlə qoçlaşmaqda
deyil, onları duya bilməndədir.
22. Sakitlik, bu səni ecaskar edir! Bir qaladan səs
çıxmaz, ancaq görünüşü möhtəşəm olar, heyranlıqla baxılar həmişə. Hər istəyən də
ora keçə bilməz.
23. Nə qədər sual yaradırsansa , o
qədər maraqlısan.