YARADAN

Hər kəs anlayacağı qədər sevir, sevəcəyi qədər də anlayır.
Yaradan və din...
Tək olan Yaradan və onu sevdirməyin
yollarını öyrədən bir neçə (səmavi) din. Çox düşündüm yazarkən, yazım mı, necə
yazım, yazsam necə qarşılanar (həssas mövzudu), düşüncələrim tam ifadə olunacaq
mi, hardan başlayım, diqqəti nəyin üzərində cəmləyim?
Bugun din üzərində-insanların dini
inancından istifadə edərək bir çox münaqişələr, müharibələr yaradılır, günahsız
insanlar məhv edilir. Bir dinin müxtəlif qolları (təriqətləri, məzhəbləri və
s), və ya iki müxtəlif dini qarşı-qarşıya qoyularaq, düşmənçilik yaradılır,
dini inanclılar arasında. Düşünürəm... Əgər
Yaradan təkdirsə (inanclıyam, buna da inanıram) və bu qədər din də sırf onu onu
sevmək, sevdirmək üçün yaradılıbsa, o zaman sırf onun ibadət etdiyi dindən, təriqətdən,
məzhbdən deyil deyə, digərlərini
öldürüb, sanki qəhrəmanlıq qazananlar və bütün bu qarmaqarışıqlıqdan öz
məqsədləri(lazım olanda bu odu alovlandıran) üçün istifadə edənlər necə
olsun?..
Quranı ağlımın yetdiyi qədər oxumuşam,
digər dinlərin əsas kitablarını da oxuyub anlamağa çalışmışam və demək olar ki,
hamısının əsasını Tanrını (Allahı) sevmək təşkil edir( təbii bəzi ayrıntıları
var kitablarda). Bu sanki eyni mənzil başına müxtəlif yollarla gedib çatmağa
bənzəyir. Sadəcə yolgöstərən bələdçilər (peyğəmbərlər) fərqlidirlər. Bütün
kitablar bu vəya digər mənada bunu aşılayır.
Axı nəyə görə sənin dinindən deyiləm deyə
pis olmalıyam. Bu mənə Allahı sevməyə mane olmur ki,.. Sevginin söz olaraq
tərcüməsi var, hiss olaraq isə yox. Bütün dinlər dinclik , doğru yaşamaq üçün
yaradılsa da, dinlər yaranandan dinclik yox olub. Bütün qanlı müharibələrin,
toqquşmaların əsasını , səbəbini dinlər təşkil edib (və ya bəhanə olub). Əsas
etnik dəyişikliklər (köç) də bunun sayəsində baş verib. Necə görmədiyin bir Cənnət üçün can
yandırırsan (təmənnalı), amma hazırda yaşadığın dünyanı cənnətə çevirmək üçünsə
heç nə etmirsən. Sırf orda əbədi yaşamaq üçün (bəli məhz əbədi yaşamaq eşqi )
Cənnəti düşünürsən. Bir azca əziyyət çəksən dünyada da elə yaşaya bilərsən. Əlbəttə ölümdən sonra orda
yaşayacaqların bir başqa mövzudu. Əsas bugündü.
Binayi qədimdən cəmiyyətin ən zəngin
insanları dini rütbələri olan ruhanilər olub. Məhz onlar bizi dünya malının
dünyada qalacağına inandırıb, dünyaca mala sahib olublar. Necə deyərlər bizim
elimizdə kitab , onların əlində sərvət. Bütün saray çevrilişlərində, üsyanlarda
yaxından iştirak edib, xeyirlərinin güdüb , titul və statuslarini(sərvətlərini)
qoruyublar. İnsanları əzabla qorxudub, əbədi mükafatla şirnikləndirinb,
yönləndiriblər, idarə ediblər.
Məncə hər kəs Allahı anlayacağı qədər sevir,
sevəcəyi qədər də anlayır. Nə qədər Cənnət arzulasa da artığını edə bilmir.
Amma biz istədiyimiz gözəl həyatı bu Yer üzərində də qurub, yaşaya bilərik.Sadəcə
bunun üçün cümləcə çalışmaq lazımdı. Amma yox, elə deyil, biz axı elə Cənnətdən
bir almaya və ya bir buğdaya görə qovulmuşlarıq. Yəqin ki səhvimizi anlayanda
Allah(Yaradan, Tanrı) bizə onu düzgün sevməyin ən yaxşı(doğru) yolunu
göstərəcək.
- Bu yer üzündə bir-birindən ayrı din ola bilər
mi?... Dinlərimiz eyni olmalıdır, biz də bir olan Tanrıya inanırıq...
- Tanriya dua edərkən biz ondan heçnə
istəmirik... ondan nəsə istəməyə gərəyimiz də yoxdur, nə lazımdısa hamısını o
bizə verib...
Volter “Kandid yaxud Optimizm”