ANNA

Mənim ən azı üç nəslim bu obda, bu eldə yaşamışlar. Buranın harasındadı sizin tarix ?...

                Anna –

 Salam, Anna, adını çox bəyənirəm hüzurlu (bir qəhrəmanın) addır. Nədənsə romanlarda, filmlərdə rast gəldiyim bütün Annalar belədir.

 Salam Anna necəsən, “işlər” necədi?

 

P.S. Çox tərəddüd etdim, amma sənə bu iki salamlaşma formasından hansı ilə başlamağın daha münasib olduğuna qərar verə bilmədiyim üçün heç birini poza bilmədim.

 

Bu qədər olub-keçəndən sonra bunu sənə demək  mənə çətindir, sənə dəhşət, çünki sizlər məslənin daha şüvənli - sizcə desək “ağrılı” tərəfini götürməyə daha adətkarsınız.  Sən mənə irqimə, millətimə, vətənimə görə nifrət edirsən. Mənsə, bu qədər etdiklərinizə rəğmən sadəcə, ədalət istəyirəm başqa heç nə, inan mənə, Anna.

Nə qədər  fərqli, bir nöqtəyə gəlməz olsaq da, bizim başqa yolumuz yoxdur, Anna. Ölkələr insanlar kimi deyil. Onların köçmək imkanı yoxdur əgər qonşuları pisdirsə. Bunu artıq anla. Bu qədər nifrətlə yaşamaq çətin deyil mi sənə, axı nifrətin yükü çox ağır və ağrılı olur. Böyükləriniz azmış kimi bu beyin qurutmasını körpələrinizə, də edirsiniz. Bilirsiniz ki, bunun fəsadı həm fiziki, həm də zehni olur.

Anna, iddia edirsiniz ki, bu torpaqlarda üç min illik tarixiniz var. Axı Pənahəli xan bu şəhəri on səkkizinci əsrdə salıb. Mən, mənim ən azı üç nəslim bu obda, bu eldə yaşamışlar. Buranın harasındadı sizin tarix. Siz yeganə milltəsiniz ki, başqa ölkənin ərazisində olan bir dağı (Ağrı) özünüzə simvol, atribut kimi götürmüsünüz. Siz yeganə millətsiniz ki, xəyal, əfsanə və nağıllarınızdakı sərhədlərinizi bərpa etmək istəyirsiniz (bu üç məhfumun heç birinin sərhəddi yoxdur). Bu necə olur?.

Əgər iddia etdiyin kimi “Qədim, qüdrətli Ermənistan” varsa, niyə dünya tarixində Roma, Yunan, Bizans, Osmanlı, Səlcuq və Səfəvi imperiyaları kimi əks olunmayıb. Yalnız öz tarixçilərinizin yazı-pozusunda, kitablarınızda və 3\5 miliyonluq xalqınız xaricində heç yerdə qeyd olunmayıb (olunubsa bir iki cümlə vəssalam, o da subyektiv). Ən azı bir əsrdir “Soyqırım” deyirsiniz, bununla bağlı arxivlərinizdə nələr var, internetdə gəzən şəkillərdən başqa hansı sənəd sübutunuz var orda, həmən o arxivləri açmaq fikriniz var mı ?.

Anna bilirəm ki, həm savadlısan, həm də hazırlıqlı. Tarixdə bir çox bölünmələr, birləşmələr olub, hər nə qədər xoş, naxoş olsa da. Bilməmiş olmazsan bizim də başımıza gəlib( bilirəm inkar edib, bizi haqsız olaraq, haqsız hesab edəcəksən). Təbriz, Dərbənd, Borçalı kimi. Bu hər nə qədər qəlbimizə dağ çəksə də, biz bugün həmin bölgələri rəsmi cəhətdən tanıyır və hörmət göstəririk. Bir dəfə də olsun sizin düşündüklərinizi ağlımızdan belə keçirmirik, inan mənə. 

Anna bu məsələyə başqa yöndən baxsan olmaz mı, çox yox, bircə an baxış bucağını dəyiş. Sovetlər çökdüyü zaman imperiyanın digər məhşur triosu, Baltikyanı ölkələr-Latviya, Litva və Estoniya barədə orada yaratmaq istədikləri uğursuz münaqışə, onların bu fitnədən necə qalib çıxdıqları  barədə məlumatın var. Yadındadır mı, bir yol boyunca necə əl-ələ verdilər. Bunun nə demək olduğunu anlayırsan mı. Heç bir halda yem olmadılar. İndi onlara və bizə bax. Bir azca müqayisə apar, nifrətini bir kənara qoyaraq.

Anna bizə nədən nifrət edirsiniz, biz bu nifrəti qazanmaq üçün sizə neyləmişik. Məgər fərqli olmaq dəhşətlidir mi, eşitdiyimə görə sənin baban TÜRK kökənlidir, eynən məmur sələflərinin bir çoxu kimi... İndi bir qərar verin- qonşu mu, dost mu, düşmən mi?

Özgə torpağı üçün vuruşmaq, ölmək, öldürmək necə bir hissdir , Anna?.

Mən Allahımdan qorxub, insanlığımdan utanardım...

Tags