Oğlan övlad verə bilmədiyi üçün hökümət qərarıyla boşanmağa məcbur edilən və sürgündə tək tənha ölən ''Gözüdərdli Sürəyya''.

Son İran şahı Məhəmməd Rza Pəhləvi'nin ikinci həyat yoldaşı olan və oğlan övlad dünyaya gətirə bilmədiyi üçün hökumət qərarıyla məcburi boşadılan Sürəyya İsfəndiyari Bəxtiyari'nin həyat hekayəsi.

Varlıq içində doğulan və köklü bir ailədən gələn Sürəyya II Dünya savaşının yaraları yeni yeni sağalarkən, 15 yaşında aktrisa olmaq istədi.

Aktrisa olmaq istədiyini atasına bildirən Sürəyya onun rizasını ala bilmədi. Bəxtiyari sülaləsindən olan heç kəsin aktirsa ola bilməyəcəyini qəti surətdə bildirən atasına ''Bu bu dünyada kübar olan yalnız bizik? Kübar ailələrdən gələn xeyli insan bu gün filmlərdə rol gedir. '' cümlələrini qurmuşdu. Ancaq atasının cavabı ilə israrının nəticəsiz olduğunu anladı. ''Özünü apara bilən iranlılar arasında bir nəfər aktrisa belə tapa bilməzsən. ''

Parisdəykən İran şahı Məhəmməd Rza Pəhləvinin bacısı Şəhzadə Şəms ona xəbər yolladı və dəvət etdi. Bu dəvətin əsl səbəbi açıq aşkar ortada idi...

Sürəyya istirahətdə olan anasına xəbər yolladı və tanışmaq istədiyini bildirdi. Anasının ''Bu evliliyi istəyirsənmi? '' sualına isə  ''Şahı tanımıram ancaq şəkilləri xoşuma gəldi. Əgər tanışıdıqdan sonra bəyənsəm niyə də olmasın?'' cavabını verdi.

Şah ilə tanışdıqdan dərhal sonra qərarını verdi və 1950ci ildə nişanlandılar. Çox qısa bir müddət sonra 1951ci ildə bütün dünyanın danışdığı bir toy ilə evləndilər.

Sürəyya çiyinləri çox zəif olduğuna görə, 15 kq ağırlığındakı Christian Dior gəlinliyi daşıya bilmədi. Sarayın dərzisi gəlinliyin altındakı qatları kəsərək yükü yarıya endirdi amma yenə də Sürəyya gəlinliyi çox böyük çətinliklə daşıdı.

İran şahıyla evlənmənin yükü qədər ağır ola bilməzdi qiymətini heç vaxt bilmədiyi bu dəbdəbəli gəlinlik. 

Sosial vəzifələr və şahla çıxdığı gəzintiləri saymasaq sarayda əsarət həyatı yaşayırdı Sürəyya. bir müddət sonra ətrafdan vəliaxt səsləri yüksəlməyə başladı. Sürəyya Avropanın ən yaxşı həkimlərinə görünməsinə baxmayaraq heç bir həkim dərdinə bir çarə tapa bilmirdi.

Anası Eva İsfəndiyari qızının həyatını anlatdığı kitabında o zamanları və Sürəyyanın nələr yaşadığını bütün dəqiqliyi ilə yazır. Qızı haqqında ''Biz 7 il əvvəl Tehrana yaşamağı, əyləməyi sevən həyat dolu bir gənc qız yollamışdıq. Geriyə məhzun, yaşından gözlənilməyəcək qədər ciddi  ir qadın gəldi. '' cümlələrini qurur.

İngrid Bergmanın filmi izlədikdən sonra Sürəyyanın həyatında yeni bir səhifə açıldı. O artıq xəyallarını gerçəkləşdirəcəkdi. Uşaqlığından bu günə qədər xəyalını qurduğu bir addım attı və ''Qadının üç üzü '' filmində rol getdi.

Evli rejisor Franco İndovina ilə yaşadığı böyük eşq də təyyarə qəzası ilə sonlandı. Gözüdərdli Sürəyya həyatının ikinci eşqini də itirmişdi.

Və 25 oktyabr 2001ci ildə Parisdəki evində cansız bədəni tapıldı.

Dünya tarixi qəmli şəhzadələrin hekayələri ilə doludur ancaq Sürəyyanınki tam fərqli... Bu, kişilərin böyüklük etdikləri cəmiyyətlərdə, təzyiqə məruz qalan və xəyallarını bir heç uğruna gecikdirən ya da onlara heç vaxt qovuşa bilməyən qadınları göz qarşısına sərir.



Tags