onlara güvənməyi öyrənin

Əvvəla, heç bir uşaq istəyərək, yalvararaq dünyaya gəlmir, onu məhz siz valideyinlər istədiyiniz üçün dünyaya gətirirsiniz
Bu gün ətrafımıza baxanda
mütəlif ailələr və elə o qədər də yAnaşmalar görürük. Övladların üzərinə daşıya
bilməyəcəklləri vicdan yükü, ata-ana haqqı deyilən bir yük qoyulur. Bü yük
onların bütün həyatı boyu məngənəsi olur. Hər atdıqları addımda onları mənəvi cəhətdən
şantaj edir, saxlayır ruh yüksəkliyini, özünə əminliyini sarsıdır, bəli məhz
sarsıdır. Bu nədi axı bele:
Əvvəla heç bir uşaq istəyərək,
yalvararaq dünyaya gəlmir, onu məhz siz valideyinlər istədiyiniz üçün dünyaya gətirirsiniz.
Amma bu o demək deyil ki, dünyaya gətirmisiniz deyə o, sizin şəxsi malınızdır.
Siz bütün reallaşmayan arzularınızı onun belinə yükləyə bilməzsiniz. Siz
vaxtıyla doktor, prakror,vəkil ola bilməmisiniz deyə, bugün rəsm çəkməkdə çox
istedadlı olan, gözəl səsi olan övladınızın parlaq gələcəyin məhv edib, onu istəmədiyi,
yönə yönləndirməyə mənəvi haqqınız
yoxdu. əgər vaxtında bacara bilməmisinizsə, bu onların deyil, sizin günahınız,
bacarıqsızlığınızdı, onlar sizin arzu kuklanız deyil.
Ən dəhşətlisi isə şəxsiyyəti dərindən zədələyən zəhər “mən sənə əziyyət çəkmişəm, bütün
ömrümü sənə həsr eləmişəm, mən yaşamamışam sənə görə” kimi fikirlərdir. Bu cür
davranışlar onun ayağının qul zənciri olur. Heç bir yana tərpənə bilmir. Nə
arzularının ardınca gedə bilir, nə də ona aid etdiyiniz həyatda uğur ola bilir.
Sadəcə günü günə calayıb, aydan aya keçinir.
Bunun nəticəsində uşaqların bu
həyatda bəlli bir mövqeyi də olmur , axına qarışıb gedirlər. Və bütün bunların
da səbəbkarı o “yaxşılğın istəyən” valideyinləridir. Hər nə qədər kənarda axtarsaq
da, məslənin əsas kökü onlardır. Dərindən düşünülsə onların öz övladlarına necə
pislik etdikləri bəlli olar.
İkinci bir məqam bu cür uşaqlar
elə “proqramlaşdırılır”lar ki onların beynində “böyüklər nə deyirsə düzdü” və
“ata ana haqqı” kimi düşüncələr öndə olur. Yəni başqa sözlə desək özlərini
günahkar hiss etmə duyğusu. İstər ali məktəb, iş və istərsə də həyat yoldaşı (ən
dəhşətlsi də budur) seçərkən öndə gələn, həlledici rol oynayan məhz bu fikir
olur. Və nəticədə həyatında özünə aid olan heç nə olmur, heç bir hadisənin
memarı özü ola bilmir. Hər şey kiminsə diktəsi, ən yumşaq halda desək məsləhəti
ilə olur
Bəs bunu etməyəndə, boyun
qaçıranda nə olursan. Onsuz da heç bir şeyi özü etməyən biri birdən-birə heyati
məsələyə qərar verəndə əlbəttə ki, ilk dəfədən uğurlu ola bilməz. Bu təbiidir.
Azacıq büdrəyən kimi “böyük məsləhətinə qulaq asmayanın sonu” kimi günahkarlıq
hissi ilə cəzalandırılar.
P.S. Mən demirəm kimsəyə qulaq
asılmasın. Valideyin övlad arasında necə deyərlər azadlığın güvən duyğusu
olsun. Onların qərarlarına hörmətlə yanaşın, səhvlərini düzəldin, ən içik səhvə
görə onları sərt cəzalandırmayın, uzaqlaşdırmayın özünüzdən onları. Sizə ətrafındakılardan
daha çox güvənməyi öyrədin, onlar sizdən ağa kimi deyil, dost kimi nələrsə öyrənsinlər.
Onlara güvənməyi öyrənin ki, onlar da sizə güvənməyi bilsinlər.