Rənglərin ən gözəli

Hər insan fitrətən nələrəsə qadirdir, amma əksəri bunu bilmədən belə ömrünü başa vurar.
Qəlbində qəsrlər də, xarabalıqlar da qura bilərsən

 

  Özün üçün yeknəsəng, bir cığırla gedən, oradan kənara çıxmağı ağlına belə gətirməyən bircə rəngli damından boylan, gözlərini aç. Razıyam, əzəldən adət etdiyin minvalı dəyişmək asan deyil, amma heç mümkünsüz də görünmür. Hər dəfə evciyinin bir zərrəsini, kərpicini boya, rənglərdən yenisni əlavə et, heç dəyişmə də. Bir də baxacaqsan ki, rəngli, göz oxşayan, göy qurşağını belə geridə qoyan yeni  həyat (könül) sarayın var. Hər kəsə və hamıya yer tapacaqsan orada, çünki hər rəngə “xoş gəldin” demisən.

  Bu rənglərin ən gözəli və seçilmişi sevgi rəngləri olacaqdır. Rahatlıq rəvanlıq. Qəlbinin səsini dinləyəcəksən bu çox önəmlidi. Onu duymağı bacardınsa, özünü sevməyə başlamısan demək. Bu çox önəmlidi. Məhəbbətin ən gözəli və ən də çətinidi, bunu qazanmaq bir xeyli ömür aparar. Qəlbini eşitdiyin zaman müdriklik qonğın olur, sənə yan alır. Bütün nə varsa, hər şeyi dərindən görə və əsl mahiyyətini dərk edə bilirsən. Ümmanlar kimi, dərin və sonsuz olursan. Yaradılışda nə varsa hamısı öz rəngində, öz adında əks olunur sənin mavi, təmiz aynanda.  

 Hər bir insan var olduğu müddətcə bütün bunları qazana bilər, hər insan fitrətən nələrəsə qadirdir, amma əksəri bunu bilmədən belə ömrünü başa vurar. Bunu kənara, ətrafa nəzər edərək deyil, öz qəlbinə daxilinə keçərək aşkar edə bilərsən. Dünyanın, insanların və hətta əşyaların belə, rənglərini görə və öz aləmini zənginləşdırə bilərsən. Qəlbində qəsrlər də, xarabalıqlar da qura bilərsən.

 Umutma sən fikirləşdiyindən ibarətsən. İlk öncə alınmaya bilər, amma inad etsən mütlək və mütlək alınacaq bundan əmin ol. Zərrə-zərrə, qram-qram amma sonda hasil olacaq. Axtardığımız bütün gözəllik və xəzinələr özümüzdədi, hər kəs xəzinə istər onu kimlər tapar...

Tags