Aqil Abbasın rəqsi...

... Deyə bilərsiniz oğlun və ya oğlanların(onun övladları barədə deqiq məlumatım belə yoxdu) niyə döyüşmədi, hardaydı. Deyə bilərsiniz ki, Millət vəkili olaraq bir şey etmədin. Rəqsdə mahirsən.
Məlumdur ki, 40 günlük müharibə
yekunlaşdı özü də Böyük qələbə və üstünlüyümüzlə. Bu xalq, illərdən bəri həsrət
olduğu sevincə, sınmış qürurunun yerinə gəlməsinə və ən nəhayət bele demək
doğrudursa(məncə doğrudur), alnının ləkəsinin təmizlənməsinə nail oldu. Rahat olmadı,
qətiyyən. Neçə-neçə arzular, ömürlər yarıda qaldı. Nə qədər İgid canı bahasına
qazandı bugün qürurla öyündüyümüz qələbəni, özlərisə, bütün arzularıyla birgə qara
torpağa əbədi yar oldular.
Əvvəla, şəxsən öz adımdan hər bir şəhid anasının
qarşısında baş əyir, əllərindən öpür və onlara bütün qəlbimlə “çox sağ olun” deyirəm.
Əlbəttə, asan deyil canından bir parça olan dağ kimi övladını itirmək. Ümidlərini
ömrünün bahar çağında dəfn etmək.
Bu günlərdə işğaldan azad olunmuş Ağdam şəhərinə,
daha doğrusu şəhərin xarabalıqlarına geniş nümayəndə heyəti səfər etdi. Qısa da
olsa, bədii hissəni xatırladan hissə də oldu və bu zaman Aqil Abbas sevincini rəqs
etməklə bildirmişdir. Bu hərəkət heç də xoş qarşılanmadı əksər kütlə tərəfindən.
Haqsız da deyildilər, di gəl, Bütün kədərini,
nisgilini, qübarını unutmuşdu bu adam. Demək olar ki, hər çıxışında toxunduğu Vətən
dərdini bitirmişdi. İllərlə gözlədiyi günü yaşayırdı, Yəni doğrudan mı, onun oynamağa
zərrə qədər də olsa Haqqı çatmırdı?...
Biz bu günü anban gözləyib, dua etmişik. Ağlamayaq
mı, sevinməyək mi? Hər nə qədər də olsa Xalq olaraq buna ixtiyarımız var. Sosial
şəbəkədə fərqlı-fərqli tənqidlər
edilmişdir bu adam haqqında.
Aqil Abbbası
istədiyiniz kimi tənqid hədəfinə ala bilərsiniz, amma onun yurd sevdalısı
olduğunu kimsə dana bilməz. Deyə bilərsiniz oğlun (onun övladları barədə deqiq
məlumatım belə yoxdu) niyə döyüşmədi, hardaydı. Deyə bilərsiniz ki, Millət vəkili
olaraq bir şey etmədin. Rəqsdə mahirsən. Sizə görə o, yaxşı millət vəkili
olmaya bilər, bəlkə də belədir, həmçinin o tribunada hirsə, narazılığa səbəb olan söz də deyə bilər, deyib də(özü
demişkən söyülüb də).
O tribunadan kənarda dediyi hər sözü bir
devdi. O, hərbi geyimdə səngərdə bir millət vəkili kimi görünməyə bilər. Amma, sadəcə
yazar Aqil Abbas kimi hər daim xalqıyla
birgədir. İstər bir, istərsə də ikinci Vətən savaşında. Demək ki, “əmma” Aqil
Abbasda deyil, tribunada- o kreslodadır. Onun ən sərt şəkildə tənqidi millət vəkilliyindən
bu tərəfə keçmir. Ola bilər k, o, oranın adamı deyil, amma bizim adam olduğu dəqiqdi.
Elə olmasaydı Birinci Qarabağ müharibəsinə aid qəlbə toxunan şah əsər “Fəryad”dan
sonra dişə dəyən yeganə roman olan “Dolu”nu yaratmazdı, inanın mənə. “Fəryad”
dolu “Dolu”... Bunu yazan insan
dediyiniz qədər də ola bilməz...
P. S. Doğrusuna qalsa, o heç
Ağdamdan millət vəkili də deyil, sadəcə bir Ağdamlıdır!