Mən Şəhid olmuşam ki...

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Mən şəhid olmuşam ki,

Xalqımın, millətimin,

Ölkəmin, dövlətimin,

Vətən anamızdırsa, namus və qeyrətimin,

Üzü həmişə ağ olsun,

Təki Vətən sağ olsun.


Mən şəhid olmuşam ki,

Olum düşmən qorxusu,

Çıxsın ərşə yuxusu,

Qoy yerinə yetməsin, düşmənlərin arzusu,

Ürəyində dağ olsun,

Təki Vətən sağ olsun.


Mən şəhid olmuşam ki,

Qarlı dağlar başında,

Torpağında,daşında,

Hətta şəhərdə gəzən ən bahalı maşında,

Üçrəngli bayraq olsun,

Təki Vətən sağ olsun.


Mən şəhid olmuşam ki,

Andım və sözüm olub,

Qədim bir izim olub,

yağı düşmənin deyil Qarabağ bizim olub,

Bizim Qarabağ olsun,

Təki Vətən sağ olsun.

Tags