Bir dəqiqə Sükut !!!

O torpaqları bir dəqiqəlik sükuta sığdırdığımız, igidlər qaytardı.

   Biz bir dəqiqəlik sükutla əlimizi qəlbimizə qoyub anaraq, yad etdik, yaşadıqlarını sadəcə bir məqamda duya bildik vəssalam. Amma siz təsəvvür edin, onların hər biri bir ömür, bir ana-ata, sevgili-yar, həyat yoldaşı, övlad qoyub getdilər, düşünmədən, geriyə baxmadan. Vətənlərini öz şirin canlarından, ömürlərinin bu baharından, onları dünyaya gətirən, böyüdən valideyindən, sevgililərindən, balalarından üstün tutdular. Bəli, əsl mənada üstün tutdular. Bunun nə demək olduğunu anlayırsınız mı, bircə dəfə, bircə dəqiqəyə sığdırdığımız o sükut o anım neçə-neçə ömrə, həyata hopdu, nə qədər xəyala pərişanlıq gətirdi.

 Bir dəqiqədən sonra Davam edəcəyik ömrümüzə, həyatımıza, işimizə belə, amma onlar, onlar nəfəsləri dayandıqları andan sükütadırlar. Doğmalarının arzuları o andan sonra yoxdur, burdan beləsi qara torpaq, soyuq məzar daşı.

  Nalələri, fəryadları heç susmayacaq, hər daim sızım sızım sızıldayacaq analarının, yar-yoldaşlarının, övladlarının gözü, qəlbi intizarda, həsrətdə olacaq bundan belə. Onları heç kim əvəz edə bilmıyəcək doğmalarına. Onlardan qalan cansız əşyalarda təsəlli tapacaqlar qoxlayaraq. Hər şeydən əvvəl onlar bir övlad, bir doğmadılar kiməsə. Br dəqəqdən son “Allah Rəhət eləsin” dediyimiz o talelər yarıda qaldı, əbədi yuxuya getdikləri zamandan. Doğmalarının həyatları alt üst oldu. Barı onların yadigarlarına sahib çıxaq, gözümüz kimi baxaq, diqqətsiz qoymayaq. Yaralarını sağalda bilməsək də, bir az olsa belə məlhəm olaq. Onların da ruhları şad olsun. Axı o Şəhidlərin hər birimizin üstündə mənəvi Haqqı var. Dövlətlə yan-yana onların onların ailələrinə qayğı göstərməli, həmdəm(təsəlli) olmalıyıq.

O torpaqları bir dəqiqəlik sükuta sığdırdığımız, igidlər qaytardı.

 Onların bir dəqiqəsi bir ömürdür...

 

 

 

Tags