Sən mənim yaddaşımın möhürüsən.

...o torpaqlardan gəlmək istəmədilər, ona görə ki, o torpaqdan yoğrulmuş bədənə üfrülmüşdülər.
Qarabağ, sən mənim
uşaqlığımın ən dərin xatirələrinə kök salmısan. Sən, mənim varıma varlığıma təsir
eləmisən. Uğruna düşmən həmləsindən tutmuş, ordan çıxmağa məcbur qalana kimi hər
şey var yaddaş sandığımda. Sən mənim yaddaşımın möhürüsən.
Bütün bu olanlardan sonra seni sevməkdən əl çəkdim
mi, əsla əksinə. Sən mənim qəlbimdə nə qədər qara bağlar salsan da. Həmişə
qoyub gəldiyimiz evimizi, bağçamızı, kəndimizi yada salıb darıxırdım. Boynuma alım
ki, bəzən gizlincə ağlayırdım da. Səndən ötrü bir doğmam, əzizim kimi
darıxırdım. Bəlkə də ruhum orda qalmışdı ondan idi. Axı biz ruhumuzun təcəssümüyük.
Sən yoxkən biz hamımız yarımcan, natamam
idik. Yeməyimiz içməyimiz olsa da, can rahatlığımız yox idi. Yerimiz var idi, məskənimiz
yox. Diyar-diyar, pərən-pərən idik. Biz buralara deyil, yamyaşıl meşələrə, buz
bulaqlara, uca dağların sıldırım qayalarına məxsus, oraların insanları idik,
istər orda yaşlanmış ahıllar, istərsə də oranı görməmiş uşaqlar , hamısının
duyğusu, nəfəsi eyni idi.
Əziz
Qarabağ, sən bugün azadsan, orada əsir qalmış ruhlarımız da azad oldular artıq,
çünki onlar o torpaqlardan gəlmək istəmədilər, ona görə ki, o torpaqdan yoğrulmuş
bədənə üfrülmüşdülər.
İndi biz əsir ruhlu deyil,
azad ruhlu insanlarıq!
Bəlkə də bir zamanlar “Ruhlar
şəhəri”də yazar bundan qəsd edibmiş...
Ruhum, hazırlaş, gəlirik,
Mən vətən topağıma
Sən tən torpağına