MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI HEYDƏR ƏLİYEV QURUCULUĞUNUN ŞAH ƏSƏRİDİR.

Bu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür.

Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, mühüm bir dövrü ulu öndərimiz Heydər Əliyevin adı və şanlı fəaliyyəti ilə bağlıdır. Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycanın dövlətçilik tarixinin ən parlaq və ən yüksək inkişaf mərhələsi olmuşdur. Heydər Əliyevin hakimiyyəti dövrünə qısa nəzər yetirsək görərik ki, Heydər Əliyev xalqımızın həqiqətən 34 illik bir dövrdə xalqımızın xilaskarı rolunda çıxış etmişdir. Hələ 1969- cu iyulun 14-də Azərbaycan SSR-in rəhbəri olan Heydər Əliyev respublikada qanunçuluğu gücləndirməyə başlamış rüşvətxorluğa və məmur özbaşınalığına qarşı mübarizə aparmışdır. Təsadüfi deyilki,1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinə ən dolğun, şərəfli səhifələrini təşkil edir.    Bu illər ərzində 250- dən çox sənaye müəssisəsi fəaliyyətə başlamışdı. Sənaye istehsalı 2,7 dəfə artmışdır. 1969-1982-ci illərdə dövlətimizin milli gəliri 2,6 dəfə artmışdır. Bu artım tempinə görə Azərbaycan SSRİ-nin tərkibində olan dövlətlər içərisində qabaqcıl sıraları tutdu.1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Sovet İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov. İKP MK siyasi bürosunun üzvlüyündən və SSRİ Nazirlər soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar 21 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək bu işin icraçılarının cəzalandırılmasını tələb etmişdir. Dağlıq Qarabağda yaranmış vəziyyətdən sonra 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist partiyasının sıralarını tərk etmişdir 1991-1993-cu illərdə Naxçıvan Muxtar Respublikasının Ali məclisinin sədri, Azərbaycan respublikasının Ali sovetinin sədr müavini olmuşdur. Ali sovetin sessiyalarında fəal iştirak etmişdir.1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiya sədri seçilmişdi. 1991-1993-cu illərdə Dağlıq Qarabağda baş verən hadisələr, ermənilərin azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə siyasəti və işğalçılıq hərəkətləri ölkədə vəziyyəti daha da ağırlaşdırırdı. 1993-cu ilin may-iyununda Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırması, həmçinin cənubda Əlikram Hümbətovun başçılığı ilə Talış-Muğan respublikasını yaratmaq istəyi ölkəni vətəndaş müharibəsi  və dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoyurdu. Belə şəraitdə Heydər Əliyev öz qətiyyəti ilə seçildi. Xalqda ayağa qalxaraq onun hakimiyyətə gəlməsini tələb etdi. 1993-cü il iyulun 24-də prezident səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq referendumu ilə Azərbaycan respublikasının prezidenti seçildi. Beləliklə, Azərbaycan tarixində yeni bir şərəfli mərhələ başladı. Heydər Əliyevin uğurlu daxili siyasətinin nəticəsi olaraq, ölkədə vətəndaş müharibəsi təhlükəsi aradan qalxdı. 1993–1995-ci illər dövrünü isə Heydər Əliyevin uğurlu siyasətinin nəticəsini xalqın kütləvi şüurunda “aydınlaşma, dərketmə” mərhələsi kimi qiymətləndirmək olar.1995- ci ildən bu günə qədər olan dövrü “ tam miqyaslı hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu” mərhələsi adlandırmaq mümkündür. 12 noyabr 1995- ci il Azərbaycan tarixində ilk dəfə olaraq müstəqil dövlətin Konstitusiyası referendum- ümumxalq səsverməsi yolu ilə qəbul edildi və konstitusiya layihəsi bəyənilmişdi. Heydər Əliyevin hələ 1993-cu ildən tətbiqinə moratorium qoyulduğu ölüm hökmü 1998- dən tamamilə ləğv edilmişdi, bununlada Azərbaycan şərqdə bu qətiyyətli və tarixi qərarı qəbul edən ilk ölkə oldu. Yüksək humanizmə söykənən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvar Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata üzv olmuşdur. Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən Heydər Əliyev xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatların aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinə başlanıldı. Ümumiyyətlə, Azərbaycan rəhbərliyi həmin illərdə heç bir səhvə yol vermədən aparıcı Qərb şirkətləri ilə aparılan danışıqların məntiqi sonluqla yekunlaşmasına nail olmuş, 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə “Əsrin müqaviləsi” adlı qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirilmişdi. Bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoymuşdur. Ümummilli liderimiz Heydər Əliyevin xalq qarşısında ən böyük və tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanı cəsarətlə idarə etməyə layiq olan davamçı hazırlanmışdır. Dövlətimizin müasir vəziyyəti göstərir ki, İlham Əliyev həqiqətəndə Heydər Əliyev irsinin layiqli davamçısıdır. Qəlbi həmişə Azərbaycanla döyünən Heydər Əliyevin parlaq xatirəsi daim anılacaq və seviləcəkdir. 

Tags