Çalışdıqca, zəhmət çəkdikcə asanlaşaraq yaxın gəlir hədəflərin

Səhv etməkdən qorxma, səhvini boynuna almaqdan isə heç qorxma. Bu səni nəinki pərt edər, əksinə sənə güvən və etibar gətirər. Səhvlərindən belə, qazanmağı öyrən.
Bu yaxınlarda
bir dialoqa rast gəldim. Bir xanım internet üzərindən pul qazanmaq istəyirdi,
ideyası da vardı. Di gəl, lazımınca motivasiyası yox idi. Ona bir blogger təqribi
mənası belə olan bir məsləhət yazmışdı “elə fikirləşin ki, milyonlarla izləyiciniz
var. Eyni həvəs və əzmkarlıqla çalışın. Bir də görəcəksiniz ki, doğrudan da belə
oldu”. Məhz bu şəxsin o xanıma yazdığa fikirlər məni o qədər təsirləndirdi ki,
bu yazını yazmağa qərar verdim. Mən də yeni-arzularında olan işə başlamaq istəyənlərə
təcrübəmdən keçirdiyim bir neçə məsləhət vermək istəyirəm;
1.
Bəlli bir hədəfin olsun. Bu mütləkdir, bunsuz olmaz.
Məsələn, mən arzular qurmağa başlayandan özümü yalnız və yalnız biznes, bank
sahəsində təsəvvür etmişəm. Bu xəyalın bu kiçik uşaqda(çünki bu zaman mən hələ
çox kiçik idim) hardan yarandığını belə bilmirdim. Bu arzumdan heç əl çəkmədim,
baxmayaraq iki il ard-arda unuversitte daxil ola bilməmişdim. Üçüncü il tamailə
fərqli bir sahə olsa da buna nail oldu. Və sonda istədiyim işdə isləməyə nail buna
nail oldum.
2.
Çox ağır, həyatın dibi kimi görünsə də, rast gəldiyin
uğursuzluqlar səni qətiyyən dayandırmasın, dayandığın zaman o dibə enmiş
olacaqsan, inan buna. Unutma ki, sən yalnız döyüşü uduzmusan, müharibəni yox. Həyati
müharibəni bu dünyadan köçdüyün zaman uduzursan.
3. Hər zaman özün üzərində çalış. Bəlli və fərqli
bir sahədə sənə zövq verəcək xobbini
yarat. Psixoloq-Beyhan Budak demişkən “Arka bahçeniz olsun” Bu səni həmsöhbətinə
daha maraqlı edər. Məsələn, mən yazıram, və bunu sevərək edirəm. (https://www.youtube.com/watch?v=VpWaPpXjRaA
).
4.
Zövqünü formalaşdır. Ən çox bəyəndiyin, sevdiyin
canlı və cansız brendlərin siyahısını fikrən tərtib et. Yaşadığın anda onu əldə
edə bilməsən belə, bil ki, mütlək nə zamansa, onlar sənin olacaq. Mən tələbə
vaxti müəyyən etdim ki, CHANNEL mənim ən sevdiyim parfumdur. Doğrudur, onu tələbə
vaxtı ailəmin mənə verdiyi xərcliklə almadım. Amma özüm qazanmağa başlayanda
ilk aldığım əşya məhz o parfüm oldu. (baxmayaraq ki, çox bahaydı və qazancımın
demək olar ki hamısı idi). Və mən hazırda da bu markadan başqa heç bir ətirdən
istifadə eləmirəm.
5.
Ən önəmli hər zaman kitab oxu. Bu sənin nitqini və
ideyalarını zənginləşdirər. Özün üçün bəlli bir müəllif, kitab və həyat loqosu
seç, məsələn mən Cek London “Martin İden” əsərindən çox təsirlənmişdim. Ondan sonra
xeyli kitab oxusam da, o kitabın mənim üçün öz yeri var.
6.
Heç vaxt zəruri olmayan əşlara pul xərcləmə bu səni
o çevrədə olduqca zəif edər.
7.
Elə fikirləş ki, hər ay kredit ödəyirsən və
maaşının bir qismin kənara qoymağa çalış. Onu heç vaxt (zərurət olmadiqca) xərcləmə.
Bu səni iradəli edər.
8.
Sənin haqqında (yeni bir işə başlayarkən) neqativ
fikirlər deyən insanlardan uzaq ol. Kim olurlarsa olsun. Tək qalmaqdan da qorxma
unutma “yalqız biri olmaq, yalnış birinin yanında olmaqdan yaxşıdır”. Onsuz da
məqsədli insanların əksəryyəti bu yolu tək qət ediblər.
9.
Mənim kimi ideyalarını unudursansa, özün üçün qeydlər
apar. Bil ki, onarın hər biri çox qiymətlidir.
10. Özünə mütlək dəyər ver. Amma müştəbeh də olma. Unutma ki, hər zaman səndən ağıllı biri var, eyni zamanda kimsənin də səni kiçiltməsinə icazə vermə. Mən heç bir zaman iki cümləni deməkdən utanmıram: “bilmirəm” və “üzr istəyirəm”. Birinci ağıllı birinə sayğıdı, ikinci müştəbehlikdən qaçmaqdır.
11. Səhv etməkdən
qorxma, səhvini boynuna almaqdan isə heç qorxma. Bu səni nəinki pərt edər, əksinə
sənə güvən və etibar gətirər. Səhvlərindən belə, qazanmağı öyrən.