İlk cəhdlərdən çəkinmə!

Kiçik işlər böyük uğurlara səbəb ola bilər.

Hər ilk addım çətin və ürək açan olmaya bilər, lakin bu o demık deyil ki, risk etməməlisən. Tanıdığımız hər hansısa bir məşhur müğənni, böyük bir iş adamı, mükəmməl oynayan futbolçu ilk dəfədən öz sənətinin professionalı olmayıb ki. Hər kəs sıfırdan başlayıb. 

Dostum de mənə - "Nike" firmasının devizi nədir? Çox sadə cavabı vardır: "Sadəcə hərəkətə keç!". Bəs "Adidasın"? Bu cavabı daha da asandır - "İmkansız deyilən bir şey yoxdur!" İndi isə Öz devizini Özünə söylə, ucadan söylə, daha da ucadan. İnsanlar Sənə ilk baxan kimi təbii ki, uğurlu işlərini görməzlər. Amma bu o demək deyil ki, sən davam etməməlisən. Əksinə hər şeyə inad davam etməlisən. Hər şey ilk başda bərbad ola bilər, tez-tez yıxıla bilərsən və bunları yaşadıqca dəfələrcə yolundan dönmək istəyərsən. Amma əsas məsələ bilirsə nədir? Hər şeyə və hər kəsə inad irəliləmək. Sabah edərəm, bunu edə bilmərəm, bu işi məndən əvvəl ediblər deyə fikirlər düşünmə. Sən onlardan daha yaxşı edə bilərsən. Bunu bacara bilərsən. Mən özüm belə bu yolları keçmişəm. Və yaşadığım amma yıxılmadığımı insanlara göstərib onları da ayaqda tutmaq istəyirəm. Görürsən? Mən bu an belə çabalıyıram. İnanıram ki, bu blogum kiməsə güc verəcək. Bir şeyi həyata keçirmək üçün məqsəd qoymaq və inanmaq lazımdır. Məqsəd - görəcəyin işin yarısıdır. 

Sənə son bir şey demək istəyirəm. Sən insanlardan fərqlisən. Sən məhz "Özün" olduğun üçün mükəmməlsən. Hər birimizin qüsurları olur. Əsas iş odur ki, bu qüsurlara rəğmən yaşamaq və onları zamanla düzəltməlisən! Görəcəyin xoş günlər qabaqdadır. blush

(İnstagram - @kanaanx)

Tags