Övladlar yanında olanda sevərlər, kənarda olanda dəyərini bilərlər ata-analarının....

Müharibə dəhşətlidir, amma bu dəhşət içində düşmən əlinə keçmək kimi bir cəhənnəm də var, amma bu cəhənnəmin bir qır qazanı da var...
Bu cümlələri
Amin anasına məktub göndərəndə yazmışdım. Nədənsə ürəyim gəlmədi paylaşımağa.
Dedim düşmən namərddi, nə olar nə olmaz. Amma Şükür,
bugün rahat bir şəkildə bunu edə bilərəm.
Düşmən əsirliyində
olan əsgər Amin Musayev evinə-ailəsinə çox qısa-beş cümləlik bir məktub göndərib.
Bu beş cümləlik məktubda “salamdan” sonra tək bircə fikir ətrafında beş cümlə
yazıb, hamısı da anası haqqında. Ondan (sağlığından) muğayət olmağı, onu
qormalarını istəyib. Övladlar yanında olanda sevərlər, kənarda olanda dəyərini
bilərlər ata-analarının....
Cansız vərəqdən, hərflərdən intizar, həsrət
o qədər aydın canlanır ki, insanın qəlbi parça-parça olur.
Yarasından belə bir cümlə də olsa yazmır
sadəcə “yaxşıyam” yazır. Bilir ki, onun yarası anasının qəlbindədir. O yaxşı
olarsa, yarası da yaxşılaşar.
Cümləbəcümlə
yazmasa da onun son halından xəbərdarıq. Ən azı son çəkilən kadrlar bunu deməyə əsas
verir. Hər birimiz üzülürük, təsəlli fikirləri yazırıq, dua edirik, lakin Anası
bizdən fərqli olaraq, həm də Aminin ağrılarını duyur. Çünki analar övladlarını qəlbləriylə
görər, canlarında hiss edər.
İndi bir vərəqdə olan beş cümələlik yazı o
xanıma dünyada ən önəmli əşyadır. Dəfə-dəfə oxuyub, qoxlayar. Beş cümldən özgə nəsə
olmadığı halda, yenə də bir şey görmək ümidi ilə.
Müharibə dəhşətlidir, amma bu dəhşət içində
düşmən əlinə keçmək kimi bir cəhənnəm də var, amma bu cəhənnəmin bir qır qazanı
da var, o da düşməninin namərd, şərəfsiz
və haqsız olarsa, onsuz da haqsız adamda rehm hardandı?.
Axşam
düşər, təsəlli üçün gələnlər çəkilib gedərlər, gecə düşər. İlan vuran
yatar ana yatmaz, balasının bütün ağrısını ruhuna çəkər, duası, qəmiylə Allahın
yanına çatar nəfəsi.