...seçiləndə deyil, seçəndə xoşbəxt oluruq.

Şiddətlə, qətiyyətlə öyrətməli olduğunuz tək şey sevmək olmalıdır
Biz seçiləndə deyil, seçəndə xoşbəxt oluruq...
Uşaqlara heç bir şeyi seçdirməyin, seçməyi
öyrədin. Düzgün qərar qəbul etməyi, dürüstlüyü, doğru şəxsiyyət olmağı öyrədin.
Onlar əvəzindən qərar verməyin. Düzgün seçim etməyi öyrədin. Bu onları daha da
xoşbəxt edər. Onlar əvəzindən düz hesab etdiyiniz seçimlər etməyin. Uşaqlarınızın
yerinə hər şeyi etməklə , onlara
yaxşılıq etmiş olmursunuz. Sizlər bütün peşələrin üstün və üstün olmayan
tərəflərini izah edin. Qərarı isə onlar versin. Edəcəyiniz ən böyük hərəkət
dəstək olsun gərək. Onlara iradəli olmağı, heç bir mübarizədə geri çəkilməməyi
öyrədin. Özünüzün nail ola bilmədiyinizi övladınıza yaşatmaqla onu xoşbəxt edə
bilməzsiniz. Siz bunun nəticəsində xoşbəxt olmadınızsa , onlar da sizin həyatı
yaşadıqları , daha doğrusu yaşatdığınz həyata görə, öz həyatlarını, arzularını
bir kənara atdıqları üçün xoşbəxt olmayacaqlar. Nəticəsini düşünmədən səhv qərarlar
verəcəklər. Beləcə onlar üçün dəyərli məqamlar itəcək bir-bir.
Övladlarınıza həyat yoldaşını müstəqil seçməyə
imkan verin, bu çox önəmlidir. İki yad insan bir dam altinda yaşayacaq. Onlar
övlad dünyaya gətirəcəklər. Məhz sevgidən doğulan uşaqlar həqiqətən
xoşbəxtliyin nə olduğun hiss edərlər. Yaşı, imkanı bəhanə edərək seçimlərinə
qarışmayın. Əgər ailən uğurlu deyilsə , heç bir uğurun mənası yoxdur bu həyatda
, inanın (“Həyat yoldaşı seçimində
uduzmaq, bütün ömrünü uduzmaq deməkdir” M.S.Ordubadi). Siz onlara(bizə)
ömrünüzü vermisiniz , çox sağ olun .Unutmayın onlar da bir insandır, hissləri,
istəkləri, arzuları, planları var siz onları olduğu kimi qəbul etməlsiniz..
Çox sərt olmağına baxmayaraq. həyatıma böyük
təsiri olan obir müəllimimin sözü hər zaman yadımdadı “ İki şeyi həyatda özünüz seçin- Gələcək
peşənizi və ailənizi.bu çox önəmlidir”...
Şiddətlə,
qətiyyətlə öyrətməli olduğunuz tək şey sevmək olmalıdır