Nə olar ki, gün ərzində ən sevdiyimiz keyfiyyətli musiqidə özümüzü dinləsək, nələr aşkarlayarıq...

Cəmi 5-10 dəqiqə bu dünyanın ağuşunundan ayrılıb ruhumuzu dinləyək bir az. Xəyal dünyamızda gəzişək. Bu dəfə tərsinə edək bütün problem, çətinliyi, bizi xırtdəyə kimi yoran bu dünyanı qoyub, ruh dünyamıza səyahət edək. Mən əminəm ki, çox nüansların fərqinə varacayıq hər birimiz. Unutmuş olduğumuz səbri, təmkini xatırlayacağıq. Bəlkə də hər şeyin əslində bizim gördüyümüz qədər olmadığını anlayacayıq.

                          Ruhunu dinləmək.

   Deyirlər bədən ruhun qəfəsidir. Amma bu məcburi yox, könüllü bir əsasladır. Bu gün o qədər kənar faktorlara başımız qarışıb ki, ruhumuzu yaddan çıxatmışıq. Biz sadəcə materiya, maddiyyatla o qədər aludə halındayıq ki, bütün mücərrət məfhumları unutmuşuq. Bu yazını yazmağa məni təsadüfən rast gəldiyim bir saul məcbur etdi “siz yoqayla(və ya meditasiya) məşğul olursunuz mu” cavabım isə açıq və səmimi oldu “vaxtımı düzgün bölüb, ona vaxt ayıra bilmirəm”. Bundan sonr xeyli düşündüm :

   Mən nə qədər gözlə gördüyüm və qazanmaq istədiyim maddi məqsədlərə baş qoşmuşamsa, özümü dinləməyə vaxt ayıra bilmirəm. Halbuki, buna sadəcə 5-10 dəqiqə belə kifayətdir. Oysa ki, (türklər demiş) 24 saat olan günümün sadəcə 5-10 dəqiqəsini çox görürəm özümə. Bəli özümə. Mən bunu belə adlandırdım. Niyə çünki yerdə qalan nə varsa hamısının əhatəsində ikinci biri var, yalnız özünü dinləməkdən başqa.

    Nə olar ki, gün ərzində ən sevdiyimiz keyfiyyətli musiqi sədasıyla özümüzü dinləsək, bəlkə indi qət etmək istədiyimiz yolun daha asanını bizə göstərər beynimiz, intuisiyamız yeni bir uğurun siqnalını bizə ötürər, qəlbimiz bizə hər şeyin yaxşı olduğunu xatırladar. Düşüncəmiz neqativ enerjini kənarlaşdırıb, yeni motivasiya qaynağı tapar bizə. Və daha nələr, nələr aşkarlayarıq, hansıki ətrafımızdadır, lakin biz onu görməzdən gəlirik. Baxarıq ki, nə qədər görmədiyimiz ipucları var bizim çətin hesab edərək saatlarımızı ayırdığımız suallara.

 Cəmi 5-10 dəqiqə bu dünyanın ağuşunundan ayrılıb ruhumuzu dinləyək bir az. Xəyal dünyamızda gəzişək. Bu dəfə tərsinə edək bütün problem, çətinliyi, bizi xırtdəyə kimi yoran bu dünyanı qoyub, ruh dünyamıza səyahət edək. Mən əminəm ki, çox nüansların fərqinə varacayıq hər birimiz. Unutmuş olduğumuz səbri, təmkini xatırlayacağıq. Bəlkə də hər şeyin əslində bizim  gördüyümüz qədər olmadığını anlayacayıq.

  Yəqin ki. Sufilərin bəzi hərəkətlərindən çox adam az da olsa xəbərdardır...

Tags